Bank Of Baku

Azərbaycanda tikinti işlərinin qiyməti artıb

Azərbaycanda tikinti işlərinin qiyməti artıb
# 11 noyabr 2011 11:54 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin III rübündə Azərbaycanda tikinti işlərində qiymətlər əvvəlki rübə nisbətən 1,2% artıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, rüb ərzində yerüstü tikililər bölməsində 1,5% bahalaşma, yol və körpü tikintisində isə 0,6% ucuzlaşma müşahidə edilib.

Rüb ərzində yerüstü tikililərdən yaşayış evlərinin tikintisi üzrə qiymətlər 1,9%, sosial təyinatlı binaların tikintisi üzrə qiymətlər 1,1%, istehsal təyinatlı obyektlərin tikintisi üzrə qiymətlər isə 0,6% artıb: «Yaşayış evlərindən 6 və çoxmərtəbəli yaşayış evlərinin tikintisi üzrə qiymətlər 1,8%, 5 mərtəbəyə qədər evlərin tikintisi üzrə qiymətlər 1,9% artıb. Sosial təyinatlı binalardan inzibati binaların inşası üzrə qiymətlərdə 1%, ümumtəhsil məktəblərinin tikintisi üzrə qiymətlərdə 1,1% bahalaşma müşahidə edilib. İstehsal təyinatlı obyektlərdən isə sənaye obyektlərinin tikintisi üzrə qiymətlər 0,6% artıb».

Eyni zamanda, rüb ərzində yol tikintisi üzrə qiymətlər 0,7% azalıb, körpü tikintisi üzrə qiymətlər isə 0,1% bahalaşıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR