Bank Of Baku

Azərbaycan paytaxtında elektron su sayğaclarının quraşdırılmasına başlanılıb

Azərbaycan paytaxtında elektron su sayğaclarının quraşdırılmasına başlanılıb
# 11 noyabr 2011 14:46 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. “Azərsu” ASC Bakıda 24 mənzilə smart-kart tipli sayğaclar quraşdırıb. Bu barədə “APA-Economics”ə açıqlamasında ASC-nin kommersiya departamentinin direktoru Xanvər Abasov bildirib.

Onun sözlərinə görə, bu sayğaclar pilot layihə kimi nəzərdə tutulur: “Sayğaclar quraşdırıldıqdan sonra həmin mənzillərdə yığım səviyyəsi 100%-ə çatıb. “Azərsu” gələcəkdə bu sayğacların quraşdırılması prosesini həyata keçirmək niyyətindədir. Lakin bununla bağlı hələlik konkret qərar yoxdur”.

X.Abasov qeyd edib ki, ödəniş prosesinin asanlaşdırılması üçün nəzarətçilərə 20 ədəd terminal ayrılıb: “Terminalın hər birinin qiyməti 1000 manat təşkil edir. Gələcəkdə onların sayının artırılması gözlənilir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR