Bank Of Baku

Azərbaycan nəqliyyatçılarının orta əmək haqqı 18,5% artıb

Azərbaycan nəqliyyatçılarının orta əmək haqqı 18,5% artıb
# 12 noyabr 2011 10:01 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın nəqliyyat sahəsində çalışanların orta aylıq əmək haqqı ötən ilin analoji dövrünə nisbətən 18,5% artaraq 435,9 manat təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, bu göstərici hava nəqliyyatında 915,1 manat, dəniz nəqliyyatında 562,4 manat, avtomobil nəqliyyatında 440,2 manat təşkil edib. Əmək haqqı hava nəqliyyatında 34,4%, avtomobil nəqliyyatında 17,8%, dəniz nəqliyyatında isə 6,5%-lik artımla müşahidə olunub.

Cari ilin yanvar-sentyabr aylarında nəqliyyat müəssisələrində işləyən 64,3 min muzdlu işçilərin 76,3%-i dövlət müəssisələrində, 23,7%-i özəl bölmədə çalışıb. İşçilərin 55,5%-i yerüstü və boru kəməri, 14,6%-i su, 8,2%-i hava nəqliyyatı, 21,7%-i isə köməkçi və əlavə nəqliyyat fəaliyyəti göstərən müəssisələrdə cəmləşib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR