Bank Of Baku

Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Böyük Britaniyanın yeni səfiri ilə görüşüb

Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Böyük Britaniyanın yeni səfiri ilə görüşüb
# 14 noyabr 2011 06:42 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Böyük Britaniyanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Piter Beytmenlə görüşüb.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, Ə.Abbasov Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin son illər həyata keçirdiyi işlər, o cümlədən reallaşması nəzərdə tutulan layihələr – «Regional İnnovasiya Zonaları», «Trans-Avrasiya Super İnformasiya Magistralı» layihələri, «Elektron-hökumət» Dövlət Proqramı haqqında məlumat verib. Daha sonra nazir bu yaxınlarda Çinin Dalyan şəhərində keçirilən Dünya İqtisadi Forumunda «British Telekom»un sədri ilə görüşü xatırlayaraq bu görüşün səmərəli olduğunu vurğulayıb. Nazir Azərbaycanın müvafiq qurumlarının «British Telekom»la əməkdaşlığına da toxunub.

Öz növbəsində P.Beytmen «British Telekom»la Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin gələcəkdə Britaniyanın digər aparıcı şirkətləri, xüsusilə «Vodafon» kimi böyük operatorla birgə layihələrin həyata keçirilməsinin mümkünlüyünü qeyd edib.

Görüş zamanı səfir Böyük Britaniyanın peyk rabitəsi sahəsində ixtisaslaşan SSTL şirkətinin «Azərkosmos» MMC-nin həyata keçirəcəyi tenderdə mümkün iştirakını yüksək qiymətləndirib və şirkətin Azərbaycanda kosmik sənayenin yaradılmasına önəmli töhfələr verəcəyinə əminliyini ifadə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR