Bank Of Baku

Rusiya avtomobillərin ehtiyat hissələri üçün idxal rüsumlarını ləğv edə bilər

Rusiya avtomobillərin ehtiyat hissələri üçün idxal rüsumlarını ləğv edə bilər
# 14 noyabr 2011 10:38 (UTC +04:00)
Bakı - APA-Economics. Rusiya avtomobillərin ehtiyat hissələri üçün idxal rüsumlarını azalda və ya ləğv edə bilər.

APA-Economics”in “Kommersant” qəzetinə istinadən xəbərinə görə, ötən həftə Rusiyanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlüyü ilə bağlı Cenevrədə imzalanmış yekun protokolda Moskva Avropa İttifaqına bir sıra prinsipial məsələlərdə güzəştə gedib.

İndiyədək Rusiyanın güzəştə getmək istəmədiyi məsələlərdən biri avtomobil istehsalı olub. İndi isə Kreml xarici avtokonsernlərin Rusiyadakı istehsalını stimullaşdırmaq üçün avtomobil istehsalı rejiminin şərtlərini yumşaldıb. Bu rejimin əsas şərtlərindən biri xarici konsernlərin ehtiyat hissələrinin 60%-nin Rusiya ərazisində istehsal olunmasıdır. Bu isə xaricdən ehtiyat hissələrin idxalına ciddi maneə yaradır. Ona görə də Moskva həm avtokonsernlərə, həm də ehtiyat hissələrin istehsalçılarına güzəştlər tətbiq etməyi öhdəsinə götürüb.

Analoji sazişin ABŞ-dan olan istehsalçılarla da imzalanması gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR