Bank Of Baku

«Azərpoçt» bəzi təşkilatlar üçün xidmət haqlarını artırıb

«Azərpoçt» bəzi təşkilatlar üçün xidmət haqlarını artırıb
# 14 noyabr 2011 11:39 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Azərpoçt» MMC ilə «Azərsu» ASC arasında yeni müqavilə imzalanıb.

MMC-dən «APA-Economics»ə verilən məlumata görə, yeni müqavilə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayon poçt şöbələrində sudan istifadə və kanalizasiya xidmətinə görə abunəçilərdən pul vəsaitlərinin yığımı ilə bağlıdır ki, müqaviləyə əsasən, xidmət haqqı 1,5%-dən 2%-ə qaldırılıb.

Bundan başqa, Bakı şəhər poçt şöbələrində «Ultel» MMC-nin telefon abunəçilərindən xidmət haqlarının yığımı ilə bağlı, «Azərpoçt»la «Ultel» arasında yeni müqavilə imzalanıb. Müqaviləyə əsasən, xidmət haqqı 0,75%-dən 1,25%-ə qaldırılıb. Qeyd edək ki, hazırda «Azərpoçt» elektrik enerjisi və qaz haqlarının yığımında da xidmət haqlarının qaldırılması istiqamətində işlər aparır.

Xatırladaq ki, «Azəriqaz» İB , «Azərenerji» ASC və «Azərsu» ASC ilə bağlanmış müqavilələrə əsasən, poçt filiallarında kommunal xidmət haqları, qaz, elektrik enerjisi, su və kanalizasiya haqları yığılır. Eyni zamanda, abonentlərin təbii qaz haqlarına olan borcları göstərən bildirişlər poçt şöbələri tərəfindən çatdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR