Bank Of Baku

Azərbaycan Antalyada keçiriləcək «Poçt sektorunda imkanlar və təhlükələr» beynəlxalq seminarında iştirak edəcək

Azərbaycan Antalyada keçiriləcək «Poçt sektorunda imkanlar və təhlükələr» beynəlxalq seminarında iştirak edəcək
# 14 noyabr 2011 12:22 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Noyabrın 15-17-də Antalyada (Türkiyə) «Poçt sektorunda imkanlar və təhlükələr» mövzusunda beynəlxalq seminar keçiriləcək.

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, sözügedən tədbirdə Azərbaycanı «Azərpoçt» MMC-nin nümayəndələri təmsil edəcəklər.

Tədbirdə poçt sahəsində səmərəliyin artırılması, yeni xidmətlərin inkişaf etdirilməsi və bu sahəyə mənfi təsirlərin səviyyəsini endirmək üçün tədbirlərin müzakirəsi aparılacaq.

Seminarda Azərbaycan təmsilçiləri ölkədə poçt və maliyyə xidmətləri sahəsində əldə edilmiş nailiyyətlər barədə təcrübələrini bölüşəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR