Bank Of Baku

İçərişəhərdə tullantıların çeşidlənməsi üzrə növbəti maarifləndirmə tədbiri keçirilib

İçərişəhərdə tullantıların çeşidlənməsi üzrə növbəti maarifləndirmə tədbiri keçirilib
# 14 noyabr 2011 12:33 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin oktyabr ayında «Təmiz Şəhər» ASC-nin təşkilatçılığı ilə İçərişəhərdə tullantıların çeşidlənməsi üzrə növbəti maarifləndirmə tədbiri keçirilib.

ASC-dən «APA-Economics»ə verilən məlumata görə, «Ən fəal» adlanan müsabiqənin şərtlərinə əsasən, tullantıları qida və qeyri-qida növləri üzrə çeşidləyərək İçərişəhər ərazisində yerləşən xüsusi konteynerlərə düzgün atan sakinlər və Qoruq ərazisində fəaliyyət göstərən təşkilatların nümayəndələri qalib hesab edilib. Müsabiqənin əsas məqsədi tullantıların üzvi və qeyri-üzvi növləri üzrə çeşidlənməsi haqqında əhalini məlumatlandırılmasını artırmaq və bu prosesdə onların fəal iştirakını təmin etmək olub.

Müsabiqənin sonunda İçərişəhərin 15 sakini və təşkilat nümayəndəsi ətraf mühitin mühafizəsinə göstərdikləri qayğı və bu prosesdə fəal iştiraklarına görə «Təmiz Şəhər» ASC tərəfindən qalib seçilib və müxtəlif hədiyyələrlə mükafatlandırılıb.

Qeyd edək ki, «Təmiz Şəhər» ASC və «İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən İçərişəhər ərazisində tullantıların çeşidlənməsi layihəsinə 2010-cu ilin fevral ayından etibarən başlanılıb. Bu layihə çərçivəsində «Təmiz Şəhər» ASC tərəfindən İçərişəhər ərazisində mütəmadi olaraq maarifləndirmə işləri həyata keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR