Bank Of Baku

Yaxın 20 il ərzində Yaxın Şərq regionunda 1921 təyyarəyə tələbat olacaq

Yaxın 20 il ərzində Yaxın Şərq regionunda 1921 təyyarəyə tələbat olacaq
# 14 noyabr 2011 14:04 (UTC +04:00)
Bakı - APA-Economics. Yaxın 20 il ərzində Yaxın Şərq regionunda dəyəri 347,4 mlrd. dollar olan 1921 sərnişin və yük təyyarəsinə tələbat olacaq. “APA-Economics”in xəbərinə görə, bu barədə “Erbas” şirkətinin 12-ci “Dubay Air Show 2011” beynəlxalq aerokosmik salonunda açıqladığı proqnozda bildirilir.

Göstərilən həcmin 1882 ədədi (336,3 mlrd. dollar) sərnişin, 39 ədədi (1,1 mlrd. dollar) yük təyyarələrinin payına düşəcək. Sərnişin təyyarələrindən 1440 ədədi aviaparkın genişləndirilməsinə, 440 ədədi isə köhnə və istismardan çıxarılan təyyarələrin əvəzlənməsinə sərf olunacaq.

“Erbas”ın qiymətləndirməsinə görə, bölgədə yeni təyyarələrə tələbatın artması urbanizasiya səviyyəsinin yüksəlməsi və meqa-şəhərlərin sayındakı artımla bağlıdır.

Proqnozlara görə, 2030-cu ilədək dünyada sərnişin axını 4,8%, Yaxın Şərq regionunda isə 6,4% artacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR