Bank Of Baku

Ziya Məmmədov: “Bakıda yeraltı dayanacaqlar ilk növbədə nəqliyyat vasitələrinin sıx olduğu ərazilərdə inşa ediləcək”

Ziya Məmmədov: “Bakıda yeraltı dayanacaqlar ilk növbədə nəqliyyat vasitələrinin sıx olduğu ərazilərdə inşa ediləcək”
# 14 noyabr 2011 16:33 (UTC +04:00)
Nazirin sözlərinə görə, hazırda sistemin yüklənməsi işləri aparılır. Yükləmələr başa çatdıqdan sonra İntellektual İdarəetmə Sistemi işə düşəcək.

Nazir Bakı şəhərində yeraltı avtomobil dayanacaqlarının tikintisi istiqamətində işlərin aparıldığını da qeyd edib. Onun sözlərinə görə, paytaxtdakı yeraltı avtomobil dayanacaqları şahmat formasında inşa ediləcək. İlk mərhələdə yeraltı dayanacaqların paytaxtda nəqliyyat vasitələrinin sıx olduğu ərazilərdə inşası planlaşdırılır: «Bu işlərə özəl şirkətlərin cəlb edilməsi də nəzərdə tutulur. İstifadəyə veriləndən sonra bu dayanacaqlara nəzarət müxtəlif qurumlar tərəfindən həyata keçiriləcək. Bunun üçün müəyyən qaydaların hazırlanması nəzərdə tutulur».

Z. Məmmədov paytaxtda tikiləcək yeraltı dayanacaqların sayı barədə məlumat verməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR