Bank Of Baku

Ziya Məmmədov: “Bakı-Tiflis-Qars dəmiryolu 2013-cü ilin əvvəllərində tam istismara veriləcək”

Ziya Məmmədov: “Bakı-Tiflis-Qars dəmiryolu 2013-cü ilin əvvəllərində tam istismara veriləcək”
# 14 noyabr 2011 16:56 (UTC +04:00)
Bakı. Elnur Hüseynquliyev-APA. Bakı-Tiflis-Qars (BTQ) dəmiryolunda ilk sınaq qatarı 2012-ci ilin sonlarında yola salınacaq. APA-nın məlumatına görə, bu barədə jurnalistlərə nəqliyyat naziri Ziya Məmmədov bildirib.

Onun sözlərinə görə, BTQ 2013-cü ilin əvvəllərindən etibarən tam istismara veriləcək. Hazırda tikinti işləri davam etdirilir.

Xatırladaq ki, BTQ-nin tikintisi ilə bağlı Azərbaycan, Gürcüstan və Türkiyə arasında yekun sənəd 2007-ci il fevralın 8-də Tiflisdə imzalanıb. Yeni dəmir yolunun tikinti işlərinə 2007-ci il noyabrın 21-də start verilib. Azərbaycan yolun Gürcüstan ərazisinə düşən hissəsinin tikintisi üçün bu ölkənin “Marabda-Kartsaxi Dəmir Yolları” MMC-yə güzəştli şərtlərlə (illik 1%-lə 25 illiyə) 200 mln. ABŞ dolları məbləğində kredit ayırıb. Bu vəsait hesabına Gürcüstan ərazisində 29 km uzunluğunda yeni yol, Türkiyə ilə sərhəddə təkərdəyişmə məntəqəsi tikiləcək, həmçinin köhnə yol rekonstruksiya olunacaq.

Bundan başqa, Axalkələkdən Türkiyə sərhədinə olan hissədə tikiləcək tunelin istiqamətinin dəyişdirilməsi və Marabda-Axalkələk sahəsində 160 km-lik mövcud dəmir yolunun reabilitasiya və rekonstruksiya olunması üçün Azərbaycan Gürcüstana 25 il müddətinə, illik 5%-lə 575 mln. dollar həcmində əlavə vəsait ayırıb. BTQ layihəsi Azərbaycan Dövlət Neft Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR