Bank Of Baku

Bakı-Böyük Kəsik dəmir yolunun daha 5 km yol əsaslı təmir olunur

Bakı-Böyük Kəsik dəmir yolunun daha 5 km yol əsaslı təmir olunur
# 15 noyabr 2011 07:11 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Bu günlərdə Bakı-Böyük Kəsik istiqamətində dəmir yolunun daha 5 km təmir olunacaq. «Azərbaycan Dəmir Yolları» QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov «APA-Economics»ə bildirib ki, noyabrın 15-18-də Tovuz-Tatlı sahəsinin 99-104-cü kilometrində əsaslı təmir olunacaq. Bu gün səhər saatlarında köhnə yolun söküntüsünə başlanılıb.

Əsaslı təmir işləri «Azərbaycan Dəmir Yolları» QSC «Dəmiryolservis» MMC-nin bölmələri tərəfindən aparılır. Qeyd edək ki, dəmir yolunun təmiri Azərbaycan hökuməti və Dünya Bankı tərəfindən maliyyələşdirilən «Dəmir Yolu Ticarətinin və Nəqliyyatının Dəstəklənməsi Layihəsi» çərçivəsində Çexiya «Eximbank»ının ayırdığı 215 mln. avro məbləğində kredit hesabına həyata keçirilir. Bu vəsait hesabına 317 km yolun əsaslı təmiri nəzərdə tutulub. Bununla əlaqədar olaraq yolların əsaslı təmiri prosesini Çexiya bankının nəzarət qrupu müşahidə edir.

«Azərbaycan Dəmir Yolları» QSC-nin Bakı-Böyük Kəsik sahəsində 317 km yolun əsaslı təmirinə iyun ayında başlanıb. Bu günə kimi 17 km yol əsaslı təmir olunub. Təmir işləri başa çatandan sonra bu yollarda qatarların hərəkət sürətini artırmaq mümkün olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR