Bank Of Baku

Azərbaycan ÜPİ-nin təşkil etdiyi beynəlxalq seminarda iştirak edəcək

Azərbaycan ÜPİ-nin təşkil etdiyi beynəlxalq seminarda iştirak edəcək
# 15 noyabr 2011 07:27 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Noyabrın 21-23-də Moskvada Ümumdünya Poçt İttifaqı (ÜPİ) və Regional Rabitə Birliyinin (RRB) birgə təşkilatçılığı ilə V beynəlxalq seminar keçiriləcək.

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, «Azərpoçt» MMC-nin nümayəndələri Moskva şəhərində ÜPİ-nin Avropa və MDB ölkələri üzrə regional strateji layihəsinin inkişaf planına uyğun olaraq bu təşkilatın RRB ilə birgə təşkil etdikləri V beynəlxalq seminarda, həmçinin noyabrın 24-də «ÜPİ-nin 25-ci konqresinə hazırlıq üzrə» işçi qrupunun iclasında iştirak edəcəklər.

Seminarda Azərbaycan təmsilçiləri ölkədə poçt və maliyyə xidmətləri sahəsində əldə etdikləri nailiyyətlər barədə təcrübələrini bölüşəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR