Bank Of Baku

BTQ-nin Türkiyə hissəsinin xərcləri artıb

BTQ-nin Türkiyə hissəsinin xərcləri artıb
# 15 noyabr 2011 08:13 (UTC +04:00)
APA-Economics”in “Habertürk”ə istinadən xəbərinə görə, buna səbəb dəmir yolunun 76 km-lik Türkiyə hissəsi üçün nəzərdə tutulan 290 mln. TL (təxminən 145 mln. manat) vəsaitin xərclənib qurtarmasıdır.

Türkiyə Nəqliyyat Nazirliyindən bildirilib ki, layihənin başa çatdırılması üçün 700-750 mln. TL-lik (350-375 mln. manatlıq) tender elan ediləcək.

Xatırladaq ki, 2007-ci il fevralın 8-də Tiflisdə BTQ-nin tikintisi ilə bağlı Azərbaycan, Gürcüstan və Türkiyə arasında yekun sənəd imzalanıb. Yeni dəmir yolunun tikinti işlərinə 2007-ci il noyabrın 21-də start verilib. Azərbaycan yolun Gürcüstan ərazisinə düşən hissəsinin tikintisi üçün bu ölkənin “Marabda-Kartsaxi Dəmir Yolları” MMC-yə güzəştli şərtlərlə (illik 1%-lə 25 illiyə) 200 mln. ABŞ dolları məbləğində kredit ayırıb. Bu vəsait hesabına Gürcüstan ərazisində 29 km uzunluğunda yeni yol, Türkiyə ilə sərhəddə təkərdəyişmə məntəqəsi tikiləcək, həmçinin köhnə yol rekonstruksiya olunacaq.

Bundan başqa, Axalkələkdən Türkiyə sərhədinə olan hissədə tikiləcək tunelin istiqamətinin dəyişdirilməsi və Marabda-Axalkələk sahəsində 160 km-lik mövcud dəmir yolunun reabilitasiya və rekonstruksiya olunması üçün Azərbaycan Gürcüstana 25 il müddətinə, illik 5%-lə 575 mln. dollar həcmində əlavə vəsait ayırıb.

“Dəmir İpək Yolu” adlandırılan BTQ layihəsi Azərbaycan Dövlət Neft Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR