Bank Of Baku

Gürcüstanın iqtisadiyyat naziri: “BTQ dəmir yolu xətti Azərbaycan və Gürcüstan üçün böyük imkanlar yaradacaq”

Gürcüstanın iqtisadiyyat naziri: “BTQ dəmir yolu xətti Azərbaycan və Gürcüstan üçün böyük imkanlar yaradacaq”
# 15 noyabr 2011 10:01 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. Bakı-Tiflis-Qars (BTQ) dəmir yolu xətti həm Azərbaycan, həm də Gürcüstan üçün böyük imkanlar yaradacaq və bu səbəbdən onun tikintisi vacibdir. Bu barədə Gürcüstanın iqtisadiyyat naziri Vera Kobaliya APA-nın Gürcüstan müxbirinə açıqlamasında bildirib.

Onun sözlərinə görə, layihə üzrə işlər keyfiyyətlə, durmadan davam etdirilir: “Layihə istiqamətində aparılan işlər düzgün istiqamətdə irəliləyir. Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyi bu layihə ilə əlaqədar bütün imkanları səfərbərliyə alıb. Düşünürəm ki, layihə vaxtında istifadəyə veriləcək”.

V.Kobaliya BTQ layihəsi Azərbaycan və Gürcüstana daha çox yüklərin daşınması, eyni zamanda Mərkəzi Asiya, Çin və Avropa ölkələri ilə əlaqə yaratmaq imkanı verəcək: “Eyni zamanda BTQ layihəsi yeni iş yerləri açılmasına və əhalinin sosial rifah halının yüksəlməsinə təkan verəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR