Bank Of Baku

Azərbaycanda İKT sektoru son bir ildə 12% artıb

Azərbaycanda İKT sektoru son bir ildə 12% artıb
# 16 noyabr 2011 07:36 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda təşkilatlar və əhaliyə göstərilən informasiya və rabitə xidmətlərinin həcmi 997,2 mln. manat təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, ötən ilin ilk 10 ayı ilə müqayisədə bu göstərici 11,7% artıb.

«Hesabat dövründə informasiya və rabitə xidmətlərinin həcminin 73,1%-i əhaliyə göstərilib», - deyə Komitədən bildirilib.

Eyni zamanda, cari ilin ilk 10 ayı ərzində sözügedən sahədən əldə olunan gəlirlərin 62,3%-i mobil rabitə xidmətlərinin payına düşüb. Ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə mobil rabitədən əldə edilən gəlirlərin həcmi 4,2% artaraq 621,4 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR