Bank Of Baku

“Dell” şirkətinin xalis mənfəəti 60% artıb

“Dell” şirkətinin xalis mənfəəti 60% artıb
# 16 noyabr 2011 10:56 (UTC +04:00)
Bakı - APA-Economics. ABŞ-ın “Dell” şirkətinin xalis mənfəəti 2011-2012-ci maliyyə ilinin oktyabrın 28-də başa çatan 9 ayı ərzində 59,7% artaraq 2 mlrd. 728 mln. dollara çatıb.

APA-Economics”in xəbərinə görə, şirkətin yaydığı maliyyə hesabatında bildirilir ki, ötən il bu göstərici 1 mlrd. 708 mln. dollar olub.

Hesabat dövründə şirkətin gəliri 0,5% artaraq 45 mlrd. 802 mln. dollardan 46 mlrd. 40 mln. dollara yüksəlib.

“Dell”in əməliyyat gəliri 52,9% artaraq 2 mlrd. 228 mln. dollardan 3 mlrd. 500 mln. dollara çatıb.

Qeyd edək ki, “Dell” kompüter istehsalı ilə məşğul olan nəhəng şirkətlərdən biridir. Şirkətin mənzil-qərargahı Texas ştatının Raund-Rok şəhərində yerləşir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR