Bank Of Baku

Koreya Azərbaycanda həyata keçirilən su təchizatı layihələrinə 70 mln. dollar ayırır

Koreya Azərbaycanda həyata keçirilən su təchizatı layihələrinə 70 mln. dollar ayırır
# 16 noyabr 2011 14:40 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Noyabrın 14-də Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi, Koreyanın İxrac-İdxal Bankı (KEXİM Bank) və «Azərsu» ASC arasında Koreya hökumətinin Şərqi Asiya İqlim Əməkdaşlığına (ŞAİƏ) uyğun olaraq “Abşeron yarımadasında su çatışmazlığı üzrə Ümumi Həll Layihəsi”nə dair Anlaşma Memorandumu imzalanıb.

«APA-Economics»in məlumatına görə, Koreya hökuməti hesabına KOICA Kürdəxanı qəsəbəsində su və çirkab suyu şəbəkəsi yaratmaq üçün ŞAİƏ Fondundan 26 mln. dollar məbləğində qrant ayrılacaq. KEXİM Bank isə Pirşağı qəsəbəsində çirkab sularını təmizləmə qurğusu tikmək üçün İqtisadi İnkişaf Əməkdaşlıq Fondundan 43,5 mln. dollar məbləğində kredit ayıracaq.

Layihənin məqsədləri Abşeron yarımadası sakinləri üçün təhlükəsiz və təmiz su təminatının həyata keçirilməsi, eləcə də çirkab sularının təmizlənməsi qurğusunun təmin edilməsi vasitəsilə Azərbaycan hökumətinin alternativ su resurslarının inkişaf etdirilməsinə yönəlmiş fəaliyyətinə dəstək verməkdir.

Xatırladaq ki, ŞAİƏ Cənubi Koreyanın beynəlxalq inkişaf əməkdaşlığı layihəsidir. Cənubi Koreya partnyorluq edilən ölkələrin iqlim dəyişkənliyi ilə mübarizə bacarığını artırmaq və ŞAİƏ vasitəsilə Asiyada davamlı inkişafa nail olmaq üçün 2008-2012-ci illər arasında 5 il müddətinə 200 mln. dollar məbləğində vəsait ayrılmasını qərara alıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR