Azərbaycan prezidenti Qaxda körpü və mehmanxana açılışında iştirak edib, su-kanalizasiya sisteminin təməlqoyma mərasiminə qatılıb
Prezidenti İ. Əliyev daha sonra İlisu-Sarıbaş yolunda Hamamçay çayı üzərində salınmış tağvari metal körpünün açılışı mərasimində iştirak edib. Dövlət başçısı “Qax şəhərinin və Əlibəyli kəndinin sel sularından mühafizəsinin baş planı”na baxıb.
“Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Əhməd Əhmədzadə prezidentə məlumat verib ki, Qax şəhərinin çay daşqınlarından mühafizəsi məqsədilə 2009-2011-ci illərdə 1622 metr uzunluğunda dəmir-beton üzlüklü bənd vurulub. Hazırda 186 metr məsafədə işlər davam etdirilir. Rayonun Əlibəyli kəndinin sel sularından qorunması üçün isə 670 metr uzunluğunda dəmir-beton üzlüklü bənd tikilib.
Dövlət başçısı, həmçinin İlisu kəndinin daşqınlardan mühafizəsinə dair işçi layihə ilə də tanış olub. Layihəyə Kürmükçay və Hamamçay çaylarının sol sahillərində yerləşən İlisu kəndinin sel və daşqın sularından mühafizəsi, çayların yataqlarının sağ və sol yamaclarında baş verən təhlükələrin, geoloji çökmə proseslərinin qarşısının alınması daxildir. Layihədə Kürmükçay və Hamamçay çaylarında tikintisi nəzərdə tutulan 3470 metr uzunluğunda dəmir-beton üzlüklü istinad divarlarının 1335 metrlik hissəsində işlər başa çatdırılıb. Layihə üzrə İlisu kəndi ərazisində 410 metrlik drenaj şəbəkədə isə işlərin yarısı tamamlanıb. İşçi layihənin tərkib hissələrindən biri də Hamamçay üzərində yeni avtomobil körpüsüdür.
Prezident körpünün rəmzi açılışını bildirən lenti kəsib.
Bildirilib ki, XVII-XVIII əsrlərə aid Qala məhəllə kompleksinin ətəyindəki bu körpünün tikintisinə 2009-cu ilin avqust ayında başlanılıb. Milli memarlıq ənənələrinə uyğun inşa edilən körpü rayonun Sarıbaş kəndinə avtomobillərin və piyadaların rahat və maneəsiz hərəkətini təmin etməklə yanaşı, gözəl görünüşü və möhkəmliyi ilə diqqəti cəlb edir. Körpünün metal aşırım qurğusu tağvari quruluşda, hərəkət hissəsi isə kəsilən tir sistemli olmaqla uzununa metal tirlərlə birləşdirilib. Qurğunun hər iki tərəfində piyada keçidi inşa olunub. İnşaat işləri zamanı yüksək keyfiyyətli tikinti materiallarından istifadə edilib. Körpünün yanaşma yolları ilə birlikdə uzunluğu 110 metr, körpü hissəsinin uzunluğu 56 metr, eni isə 6,8 metrdir. Burada yamacların gücləndirilməsi məqsədi ilə 110 metr uzunluğunda istinad divarı inşa olunub. Bundan başqa, körpünün yanaşma yollarında təhlükəsizliyi təmin etmək məqsədi ilə metal borulardan hasar çəkilib. Hərəkətin təhlükəsizliyinə hərtərəfli imkan yaradan bu möhtəşəm qurğu, eyni zamanda, gözəl görünüşü ilə də diqqəti cəlb edən və orijinal dizaynı ilə seçilən memarlıq nümunələrindəndir.
Qeyd edilib ki, bütün bu layihələr yalnız yerli şirkətlər və qurumlar tərəfindən icra olunur. “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sifarişi ilə təcrübəli yerli mütəxəssislər tərəfindən hazırlanmış layihələr “Azərkörpü” SC tərəfindən həyata keçirilir.
Azərbaycan prezidenti Qaxda “El Resort” mehmanxanasının açılışında da iştirak edib. Dövlət başçısı otelin rəmzi açılışını bildirən lenti kəsib.
Mehmanxanada yaradılmış şəraitlə tanış olan prezidentə məlumat verilib ki, üçmərtəbəli kompleks 2,7 hektar ərazini əhatə edir. Ümumi sahəsi 3 min 660 kvadratmetr olan mehmanxana lüks və VİP otaqlardan, 120 yerlik yeməkxanadan, 60 yerlik kafe–bar, oyun və kino zallarından ibarətdir. Qonaqlar burada türk və çin hamamlarının, nəhəng hovuzun, yaz-yay terrasının, universal idman meydançasının xidmətlərindən istifadə edə biləcəklər. Buradakı otaqlar yüksək beynəlxalq standartlara cavab verir. Mehmanxananın otaqlarının və yeməkxananın mərkəzləşdirilmiş kompyuter proqramı sistemi yaradılıb. Mehmanxananın bütün infrastrukturu - istilik, havalandırma, elektrik, rabitə, yanğınsöndürmə sistemləri ən müasir səviyyədə qurulub.
Dövlət başçısı sonra mehmanxananın tikilməkdə olan konfrans zalının layihəsini əks etdirən stendə baxıb. Üç zaldan ibarət olacaq ikimərtəbəli konfrans zalında eyni vaxtda bir neçə tədbirin keçirilməsi mümkün olacaq. Binanın tikintisi 2012-ci ilin martında başa çatacaq.
Prezident Qax şəhərində, Qaxingiloy və Qaxbaş kəndlərində yenidən qurulan su-kanalizasiya sisteminin təməlqoyma mərasiminə də qatılıb. Dövlət başçısı Qax şəhərinin su təchizatı və kanalizasiya sistemləri kompleksinin planına baxıb. Məlumat verilib ki, Qax şəhəri, Qaxingiloy və Qaxbaş kəndlərinin su-kanalizasiya sisteminin yenidən qurulması layihəsinə əsasən, burada ilkin mərhələdə tutumu min kubmetr olan su anbarı inşa ediləcək. Sonrakı mərhələlərdə isə 500 kubmetrlik bir neçə su anbarı tikiləcək, kanalizasiya xətləri çəkiləcək. Qaxbaşı su anbarına Hamamçay körpüsünün yaxınlığındakı üç bulaqdan 8 min 300 metr uzunluğunda polietilen borularla su xətti çəkiləcək. Beş hektar ərazidə sutəmizləyici qurğu inşa olunacaq. Sonucu mərhələdə isə Qax şəhərinin mövcud yaşayış sahələrində, o cümlədən Qaxbaş və Qaxingiloy kəndlərində su və kanalizasiya xətləri yenidən qurulacaq. Sistemin inşası 2013-cü ildə yekunlaşdırılacaq.
Sonra Qax şəhərində, Qaxingiloy və Qaxbaş kəndlərində yenidən qurulan su-kanalizasiya sisteminin təməli qoyulub.
Prezident metal gilizi bünövrəyə buraxıb, beton qarışığı tökən qurğunun düyməsini basıb.
Dövlət başçısı inşaatçılarla görüşüb, onlara uğurlar arzulayıb.
İnfrastruktur
Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sutəmizləyici qurğu tikilir - FOTO - VİDEO
“Neftçi” və “Qarabağ”ın avrokubok oyunu ilə əlaqədar metronun iş rejimi dəyişdiriləcək
AZAL Milli Mətbuat Günü münasibətilə media nümayəndələri üçün intellektual yarış təşkil edib - FOTO
Su obyektlərinin dövlət monitorinqini aparacaq qurumlar müəyənləşib
Xəbər Lenti
Tramp: Husilər yenidən gəmilərə hücum etsə, buna görə İran məsuliyyət daşıyacaq
Tramp: Səudiyyə Ərəbistanı ilə nüvə sazişi "İbrahim Razılaşmaları"na qoşulacağı təqdirdə təsdiqlənəcək
Azərbaycanlı jurnalistlər Qırğızıstanda köçəri mədəniyyəti və Dünya Köçəri Oyunlarına hazırlıqla tanış olublar
Mətbuat Şurasında Rauf Arifoğlunun 60 illik yubileyi ilə bağlı toplantı keçirilib
Mərdəkanda dənizdə batan 22 yaşlı oğlanın axtarışları davam etdirilir - VİDEO
Əraqçi: ABŞ İran xalqına hörmət etməyincə irəliləyiş mümkün olmayacaq
Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sutəmizləyici qurğu tikilir - FOTO - VİDEO
Su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması mövzusunda təlim keçirilib
Beyləqanda iki ağır cinayətlə bağlı istintaq tamamlanıb, məhkəmə başlayır
Çexiyada hərbi helikopter qəzaya uğrayıb, ölən var
Cəlilabadda qədim dövrə aid maddi-mədəniyyət nümunələri aşkarlanıb - FOTO
“Azərsun Holdinq” və Aqrar Xidmətlər Agentliyi sosial layihə reallaşdırıb
Kobaxidze: Gürcüstan Azərbaycanla münasibətləri daha da dərinləşdirmək istəyir
Bakıda 200 min manatlıq soyğunçuluq edən şəxslər saxlanılıblar - VİDEO
Xalq artisti Tofiq Mirzəyev İsraildə dəfn olunub - YENİLƏNİB-1
Moskva vilayətində Su-57 qırıcısı qəzaya uğrayıb
Saatlıda 9 kq narkotik aşkarlanıb
Aİ "Google"u 890 milyon avro cərimələyib
Cəlilabadda 21 yaşlı oğlan hovuzda boğulub
İran sərhədçiləri ilə terror qruplaşması arasında silahlı qarşıdurma olub, 2 nəfər ölüb
İraqın Baş naziri Tehrana səfər edib
Böyük Britaniyanın Azərbaycanda qızıl hasilatı ilə məşğul olan şirkətinin rəhbərliyinə təyinat olub
İmişlidə qəsdən yanğın törədən şəxs barəsində tədbir görülüb
Lənkəran penitensiar müəssisəsinə narkotik keçirilməsinin qarşısı alınıb - FOTO
ARDNF-in investisiya portfeli 9% artıb
NK azad edilmiş ərazilərdəki yaşayış sahələrinin ora köçürülmüş məcburi köçkünlərin mülkiyyətinə verilməsi qaydasını dörd aya təsdiqləyəcək
Azad edilmiş ərazilərdəki yaşayış sahələri ora köçürülmüş məcburi köçkünlərin mülkiyyətinə veriləcək
Mopedlərə texniki baxış və sürücülük vəsiqəsi ilə əlaqədar dövlət rüsumları müəyyənləşib
Psixiatriya müayinəsinə dair yeni tənzimləmə müəyyənləşib
Rubio: ABŞ üçün əsas məqsəd İranın nüvə silahı əldə etməsinin qarşısını almaqdır
ABŞ dövlət katibi: Husilər İranın təsiri altında Səudiyyə Ərəbistanını hədəfə alırlar
İlhamə Novruzova Naxçıvan TV-nın sədr müavini vəzifəsindən azad edilib
Dövlət Neft Fondunun AÇG üzrə gəlirləri 4,4 mlrd. manata yaxın olub
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
ARDNF qızıl satışını dayandırıb
Məcburi köçkünlərlə bağlı sosial dəstək mexanizmləri mərhələli şəkildə yeni modelə keçirilir
ARDNF-nin Şahdəniz yatağından bu il əldə etdiyi gəlirlərin həcmi açıqlanıb
Məcburi köçkün statusu qanunvericilik çərçivəsində yenidən tənzimlənib
ABŞ dövlət katibi Səudiyyə Ərəbistanı ilə əldə olunmuş nüvə sazişinin əhəmiyyətindən danışıb
ARDNF-nin aktivlərinin həcmi açıqlanıb
Xaçmazda dənizdə batan yeniyetmənin meyiti tapılıb
Altı ayda əlilliyi olan 70 min şəxsə reabilitasiya xidmətləri göstərilib
Rubio: İran razılaşma istəyir, ancaq bu razılaşmanın qiyməti anlaşma əldə olunana qədər hər gecə artacaq
Sabahın hava proqnozu
FHN əlilliyi olan şəxslər və onlara qulluq edənlər üçün tədbir keçirib
Aİ Rusiyaya qarşı 21-ci sanksiyalar paketi üzrə razılığa gəlib
Qubada və Bakıda Türkiyə–Azərbaycan Peşə Təhsil Müəssisəsi yaradılacaq
Pakistanda son sutkada güclü yağış və sel nəticəsində 15 nəfər ölüb, 40 nəfər yaralanıb
Media nümayəndələri üçün süni intellekt mövzusunda təlim təşkil edilib