«Airbus» və «Boeing» şirkətlərinin hər biri 20 mlrd. dollarlıq müqavilələr imzalayıb
«APA-Economics»in məlumatına görə, aviasalon çərçivəsində «Airbus» şirkəti ümumi dəyəri 20,5 mlrd. dollar təşkil edən 211 sifariş alıb. «Airbus»un əsas rəqibi olan «Boeing» şirkətinə daxil olan sifarişlərin həcmi isə təxminən 20 mlrd. dollar olub.
«Airbus»un aldığı sifarişlərə 130 ədəd ensiz füzelyajlı «A320neo» və 5 ədəd «A380» təyyarəsinin istehsalı daxildir ki, müqavilələrin ümumi dəyəri 13,7 mlrd. dollar təşkil edir. Eyni zamanda şirkət 76 laynerin təchizatına dair ümumi dəyəri 6,8 mlrd. dollar olan memorandumlar imzalayıb.
Aviasalon zamanı «Airbus»a daxil olan ən iri sifariş «Qatar Airways» şirkətinə məxsusdur. Aviaşirkət «Airbus»dan 5 ədəd «A320neo» və 5 ədəd «A380» təyyarəsi alacaq ki, müqavilələrin ümumi dəyəri 6,4 mlrd. dollar təşkil edir. Bundan başqa, ALAFCO və ACG lizinq şirkətləri «Airbus»la müvafiq olaraq 50 və 30 ədəd «A320neo» avialaynerin alınmasına dair ümumi dəyəri 7,3 mlrd. dollar təşkil edən müqavilələr imzalayıb.
Öz növbəsində «Spirit Airlines» şirkəti ilə «Airbus» arasında 75 «A320» təyyarəsinin alınmasına dair ümumi dəyəri 6,7 mlrd. dollar təşkil edən ilkin müqavilə imzalanıb. «Comlux The Aviation Group» şirkəti isə «Airbus»la qiyməti 99,7 mln. dollar olan «ACJ321» işgüzar təyyarənin alınmasına dair saziş imzalayıb.
«Airbus» şirkətinin hesablamalarına əsasən, 2011-ci ildə şirkət «A320neo» təyyarəsinə 1 300 sifariş alıb. Sözügedən təyyarə bu sinfə aid olan digər təyyarələrdən yanacağa 15% qənaəti, yükqaldırma qabiliyyətinin 2 ton, uçuşun məsafəsinin isə daha 800 km artırılması ilə fərqlənir.
Öz növbəsində «Boeing» şirkəti Dubay aviasalonunda özünün fəaliyyəti tarixində ən iri sifariş alıb. Belə ki, «Emirates Airlines» aviaşirkətindən «Boeing»a 50 ədəd «Boeing 777-300» təyyarənin alınmasına dair sifariş daxil olub ki, müqavilənin ümumi dəyəri 18 mlrd. dollar təşkil edir. Bununla yanaşı, «Emirates Airlines» şirkəti «Boeing»a 20 təyyarə üçün əlavə avadanlıq və funksiyaların tətbiqinə dair ümumi dəyəri 8 mlrd. dollar təşkil edən sifariş verib.
Bundan öncə «Boeing»in ən iri «Boeing-777» təyyarələrinə «Singapore Airlines» və «Air France» şirkətləri malik idi. Sözügedən sifariş tam yerinə yetirilərsə, «Emirates Airlines» bu şirkətlərin hər ikisini arxada qoyacaq.
Bundan başqa, «Oman Air» və «Boeing» arasında 6 ədəd «Boeing 787-8» təyyarəsinin alınmasına dair saziş imzalanıb. «Qatar Airways» isə «Boeing»dən daha 2 ədəd «Boeing-777» yük təyyarəsi alacaq ki, bunun da ümumi dəyəri 560 mln. dollar təşkil edir. «Qatar Airways»in parkında bu təyyarədən artıq 6 ədədi mövcuddur.
Ümumiyyətlə, 2011-ci ildə «Boeing» konserni «Boeing-777» modelinə 182 sifariş alıb. Sonuncu dəfə şirkət analoji müvəffəqiyyətə 2005-ci ildə nail olub ki, həmin il «Boeing» sözügedən modelin istehsalı üçün 154 sifariş alıb.
Qeyd edək ki, «Boeing-777» təyyarəsinin sərnişin tutumu 365, uçuş məsafəsi 14,7 min km təşkil edir. Sərnişin təyyarələri arasında birbaşa uçuşun uzaqlığına görə bu model rekord vurub - 21 061 km.
İnfrastruktur
Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sutəmizləyici qurğu tikilir - FOTO - VİDEO
“Neftçi” və “Qarabağ”ın avrokubok oyunu ilə əlaqədar metronun iş rejimi dəyişdiriləcək
AZAL Milli Mətbuat Günü münasibətilə media nümayəndələri üçün intellektual yarış təşkil edib - FOTO
Su obyektlərinin dövlət monitorinqini aparacaq qurumlar müəyənləşib
Xəbər Lenti
Tramp: Husilər yenidən gəmilərə hücum etsə, buna görə İran məsuliyyət daşıyacaq
Tramp: Səudiyyə Ərəbistanı ilə nüvə sazişi "İbrahim Razılaşmaları"na qoşulacağı təqdirdə təsdiqlənəcək
Azərbaycanlı jurnalistlər Qırğızıstanda köçəri mədəniyyəti və Dünya Köçəri Oyunlarına hazırlıqla tanış olublar
Mətbuat Şurasında Rauf Arifoğlunun 60 illik yubileyi ilə bağlı toplantı keçirilib
Mərdəkanda dənizdə batan 22 yaşlı oğlanın axtarışları davam etdirilir - VİDEO
Əraqçi: ABŞ İran xalqına hörmət etməyincə irəliləyiş mümkün olmayacaq
Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sutəmizləyici qurğu tikilir - FOTO - VİDEO
Su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması mövzusunda təlim keçirilib
Beyləqanda iki ağır cinayətlə bağlı istintaq tamamlanıb, məhkəmə başlayır
Çexiyada hərbi helikopter qəzaya uğrayıb, ölən var
Cəlilabadda qədim dövrə aid maddi-mədəniyyət nümunələri aşkarlanıb - FOTO
“Azərsun Holdinq” və Aqrar Xidmətlər Agentliyi sosial layihə reallaşdırıb
Kobaxidze: Gürcüstan Azərbaycanla münasibətləri daha da dərinləşdirmək istəyir
Bakıda 200 min manatlıq soyğunçuluq edən şəxslər saxlanılıblar - VİDEO
Xalq artisti Tofiq Mirzəyev İsraildə dəfn olunub - YENİLƏNİB-1
Moskva vilayətində Su-57 qırıcısı qəzaya uğrayıb
Saatlıda 9 kq narkotik aşkarlanıb
Aİ "Google"u 890 milyon avro cərimələyib
Cəlilabadda 21 yaşlı oğlan hovuzda boğulub
İran sərhədçiləri ilə terror qruplaşması arasında silahlı qarşıdurma olub, 2 nəfər ölüb
İraqın Baş naziri Tehrana səfər edib
Böyük Britaniyanın Azərbaycanda qızıl hasilatı ilə məşğul olan şirkətinin rəhbərliyinə təyinat olub
İmişlidə qəsdən yanğın törədən şəxs barəsində tədbir görülüb
Lənkəran penitensiar müəssisəsinə narkotik keçirilməsinin qarşısı alınıb - FOTO
ARDNF-in investisiya portfeli 9% artıb
NK azad edilmiş ərazilərdəki yaşayış sahələrinin ora köçürülmüş məcburi köçkünlərin mülkiyyətinə verilməsi qaydasını dörd aya təsdiqləyəcək
Azad edilmiş ərazilərdəki yaşayış sahələri ora köçürülmüş məcburi köçkünlərin mülkiyyətinə veriləcək
Mopedlərə texniki baxış və sürücülük vəsiqəsi ilə əlaqədar dövlət rüsumları müəyyənləşib
Psixiatriya müayinəsinə dair yeni tənzimləmə müəyyənləşib
Rubio: ABŞ üçün əsas məqsəd İranın nüvə silahı əldə etməsinin qarşısını almaqdır
ABŞ dövlət katibi: Husilər İranın təsiri altında Səudiyyə Ərəbistanını hədəfə alırlar
İlhamə Novruzova Naxçıvan TV-nın sədr müavini vəzifəsindən azad edilib
Dövlət Neft Fondunun AÇG üzrə gəlirləri 4,4 mlrd. manata yaxın olub
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
ARDNF qızıl satışını dayandırıb
Məcburi köçkünlərlə bağlı sosial dəstək mexanizmləri mərhələli şəkildə yeni modelə keçirilir
ARDNF-nin Şahdəniz yatağından bu il əldə etdiyi gəlirlərin həcmi açıqlanıb
Məcburi köçkün statusu qanunvericilik çərçivəsində yenidən tənzimlənib
ABŞ dövlət katibi Səudiyyə Ərəbistanı ilə əldə olunmuş nüvə sazişinin əhəmiyyətindən danışıb
ARDNF-nin aktivlərinin həcmi açıqlanıb
Xaçmazda dənizdə batan yeniyetmənin meyiti tapılıb
Altı ayda əlilliyi olan 70 min şəxsə reabilitasiya xidmətləri göstərilib
Rubio: İran razılaşma istəyir, ancaq bu razılaşmanın qiyməti anlaşma əldə olunana qədər hər gecə artacaq
Sabahın hava proqnozu
FHN əlilliyi olan şəxslər və onlara qulluq edənlər üçün tədbir keçirib
Aİ Rusiyaya qarşı 21-ci sanksiyalar paketi üzrə razılığa gəlib
Qubada və Bakıda Türkiyə–Azərbaycan Peşə Təhsil Müəssisəsi yaradılacaq
Pakistanda son sutkada güclü yağış və sel nəticəsində 15 nəfər ölüb, 40 nəfər yaralanıb
Media nümayəndələri üçün süni intellekt mövzusunda təlim təşkil edilib