Bank Of Baku

Azərbaycan prezidenti Qax rayonunda avtovağzal kompleksinin açılışında iştirak edib

Azərbaycan prezidenti Qax rayonunda avtovağzal kompleksinin açılışında iştirak edib
# 17 noyabr 2011 11:25 (UTC +04:00)
Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dövlət başçısı köhnə və yeni avtovağzalın görüntülərini, eləcə də kompleksə daxil olan yardımçı binaları əks etdirən stendlərə baxıb. Məlumat verilib ki, müasir memarlıq üslubunda inşa olunmuş avtovağzalın tikinti sahəsi 522 kv. metrdir. Ərazidə yaşıllıq salınıb və dekorativ ağaclar əkilib. Binada sərnişinlərin istirahəti üçün lazımi şərait yaradılıb, müasir havalandırma sistemi quraşdırılıb.

Həmçinin qeyd olunub ki, ərazisi 1 hektara yaxın olan avtovağzal kompleksinin tikintisinə 2010-cu ilin əvvəlində başlanılıb. Həyətyanı sahədə 6 min kv. metr əraziyə asfalt-beton örtük salınıb. Burada, həmçinin sərnişinlərin istirahəti üçün park da yaradılıb. Kompleksin ərazisinin 700 kv. metrdən çox hissəsində ağaclar, dekorativ kollar əkilib.

Qeyd edildi ki, ikimərtəbəli avtovağzal kompleksinə avtomobillər üçün texniki müayinə, anbar-qazanxana və mağaza binaları daxildir. Binanın birinci mərtəbəsindəki gözləmə salonu yerləşir. Burada ana və uşaq otağı da var. Kompleksdə sərnişinlərin əşyalarının saxlanması üçün kameralar yaradılıb, dispetçer otağı, həkim otağı qurulub. Avtovağzalda restoran da fəaliyyət göstərəcək. İnzibati otaqlar, iclas salonu, dörd qonaq otağı kompleksin ikinci mərtəbəsində yerləşir.

Dövlətimizin başçısı, perronda müxtəlif istiqamətlərdə hərəkət edəcək avtobuslara baxıb, görülmüş işlərdən razılığını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR