Bank Of Baku

İçərişəhər sakinlərinin rəqəmsal televiziya yayımına qoşulması üçün «Yeni il» aksiyasına start verilib

İçərişəhər sakinlərinin rəqəmsal televiziya yayımına qoşulması üçün «Yeni il» aksiyasına start verilib
# 17 noyabr 2011 11:53 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. «İntellektual şəhər» şirkəti və «KATV1» kabel televiziya operatoru İçərişəhər sakinlərinin rəqəmsal televiziya yayımına qoşulmasını daha da asanlaşdırmaq məqsədilə «Yeni il» aksiyasına start verib.

«KATV1»dən «APA-Economics»ə verilən məlumata görə, aksiya çərçivəsində İçərişəhər və bu əraziyə bitişik küçələrin sakinləri «İntellektual şəhər» şirkəti vasitəsilə «KATV1» kabel televiziya operatorunun rəqəmsal yayımına qoşularaq, pulsuz resiver əldə edib 82 kanaldan ibarət baza paketini 1 ay abunə haqqı ödəmədən izləyə biləcək.

Qoşulma zamanı istifadə olunan kabelin 20 metri şirkət tərəfindən pulsuz verilir, bundan artıq istifadə olunan kabelin hər bir metri üçün abunəçi 0,3 manat ödəməlidir. «Yeni il» aksiyası 2012-ci ilin yanvarın 1-dək davam edəcək.

Qeyd edək ki, «İntellektual şəhər» şirkəti ilə «KATV1» 2011-ci ilin mart ayından «İçərişəhər» və ona bitişik küçələrdə əhaliyə kabel televiziya xidməti göstərir. Şirkət «AG Telekom» («KATV1» brendinin sahibi) və «Smart Systems Technology» şirkəti ilə sıx əməkdaşlıq edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR