Bank Of Baku

Azərbaycanın nəqliyyat sektorunda yükdaşıma 4%, sərnişindaşıma isə 7% artıb

Azərbaycanın nəqliyyat sektorunda yükdaşıma 4%, sərnişindaşıma isə 7% artıb
# 18 noyabr 2011 07:22 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda nəqliyyat müəssisələri və avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 168,3 mln. ton yük və 1,2 mlrd. nəfər sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, 2010-cu ilin müvafiq dövrü ilə müqayisədə yükdaşımanın həcmi 3,7%, sərnişindaşımanın həcmi isə 7,3% artıb.

Qeyd edək ki, beynəlxalq Avrasiya nəqliyyat dəhlizi ilə yanvar-sentyabr aylarında 40 mln. ton və ya bütün yüklərin 26,2%-i qədər yük daşınıb. Dəhlizlə yük və sərnişin daşınmasından 324,1 mln. manat gəlir əldə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR