Bank Of Baku

Azərbaycanda illik inflyasiya 8,3%-ə düşüb

Azərbaycanda illik inflyasiya 8,3%-ə düşüb
# 18 noyabr 2011 08:25 (UTC +04:00)
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə ərzaq məhsulları 11,1%, qeyri-ərzaq məhsulları 2,7%, xidmət tarifləri isə 4,6% bahalaşıb.

Qeyd edək ki, oktyabr ayında ölkədə istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ayın səviyyəsində qalıb (1,1%).

Xatırladaq ki, bu ilin yanvar-sentyabr aylarında inflyasiyanın səviyyəsi 8,4% olub.

Beynəlxalq Valyuta Fondu 2011-ci ildə Azərbaycanda inflyasiyanın 10,3%, Asiya İnkişaf Bankı – 7,5%, Avropa Yenidənqurma və İnkişaf Bankı – 9,1%, Azərbaycan hökuməti isə 5% səviyyəsində olacağını proqnozlaşdırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR