Bank Of Baku

Azərbaycan 4G xidmətinin tətbiqinə hazırlaşır

Azərbaycan 4G xidmətinin tətbiqinə hazırlaşır
# 18 noyabr 2011 10:33 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) ölkədə fəaliyyət göstərən mobil operatorlara 4G xidməti ilə bağlı müraciət edib.

APA-Economics”in xəbərinə görə, bu barədə jurnalistlərə rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov məlumat verib.

Onun sözlərinə görə, RİTN Azərbaycanda fəaliyyət göstərən hər 3 mobil operatora, eləcə də aidiyyəti qurumlara müraciət edərək, onlardan 4G xidməti ilə bağlı təkliflər hazırlanmasını xahiş edib.

Azərbaycanda 4G-nin tətbiq olunmasını istədiklərini deyən nazir müavini bu xidmətin tətbiqinin bir çox yeni imkanlar yaradacağını və ölkənin İKT sahəsinə müsbət təsir göstərəcəyini vurğulayıb.

Qeyd edək ki, hazırda cəmi bir neçə ölkədə 4G xidmətləri göstərilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR