Bank Of Baku

«B&B TV» şirkəti «Azercell»dən dövlətə şikayət edib

«B&B TV» şirkəti «Azercell»dən dövlətə şikayət edib
# 18 noyabr 2011 10:52 (UTC +04:00)
Müraciətdə bildirilir ki, hazırda «Azercell» şirkəti 1965-1980 MHz və 2155-2170 MHz tezlik zolağında 3-cü nəsil (3G) mobil rabitə xidmətlərinin tətbiqinə başlayıb. Bunun 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarına zidd olduğunu xatırladan şirkət bildirir ki, bu addımlar «B&B TV»nin öz abunəçilərinə xidmət göstərməsinə mane olur. Bu barədə «APA-Economics»ə teleşirkətin baş ofisindən məlumat verilib.

«Bunun nəticəsində «B&B TV Communication» MMC-nin efir-kabel televiziya xidmətlərinin normal şəkildə göstərilməsində maneələr yaranır və teleşirkətin abunəçilərinin etirazına səbəb olur», - deyə «B&B TV»dən bildirilib.

Məktubda şirkət Radiotezliklər üzrə Dövlət Komissiyasından bu qanun pozuntusunun aradan qaldırılmasını xahiş edib.

Qeyd edək ki, müraciətə məhkəmənin haqqında danışılan qərardadı da əlavə olunub. Qərardada deyilir ki, «B&B TV»nin istifadəsində olan tezliklə bağlı mübahisə həll edilənədək Radiotezliklər üzrə Dövlət Komissiyasına bu tezliyin «B&B TV»dən alınmasına yönəlmiş işlərin aparılması qadağan edilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR