Bank Of Baku

Son bir ildə «Azercell»in mobil internet istifadəçilərinin sayı kəskin artıb

Son bir ildə «Azercell»in mobil internet istifadəçilərinin sayı kəskin artıb
# 18 noyabr 2011 12:10 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Son bir il ərzində Azərbaycanın aparıcı mobil rabitə operatoru olan «Azercell Telekom» şirkətinin mobil internet istifadəçilərinin sayı kəskin artıb. «APA-Economics»in məlumatına görə, bu barədə «Azercell» şirkətinin Əlavə Dəyər Xidmətlərinin İdarə edilməsi Departamentinin direktoru xanım Leyla Məmmədova bildirib.

Onun sözlərinə görə, hazırda «Azercell»in mobil internet xidmətlərindən istifadə edənlərin sayı 1 mln-dan çoxdur: «Ümumiyyətlə, son 1 il ərzində «Azercell»in mobil internet xidmətlərindən istifadə edənlərin sayı 300 dəfə artıb. Ümid edirəm ki, şirkətin artıq təqdim etdiyi 3G xidmətləri sözügedən istifadəçilərin sayını bir qədər də artıracaq».

Qeyd edək ki, bu gündən etibarən «Azercell» şirkəti 3G xidmətlərinin göstərilməsinə başlayıb. Sözügedən xidmət ölkənin bütün ərazisini əhatə edir və bu xidmət vasitəsilə abonentlər 7,2 Mbit/saniyə sürətə malik mobil internetdən istifadə edə biləcəklər. Bu isə hazırda istifadə olunan 2G texnologiyasından 20 dəfə artıqdır. Bakı və Azərbaycanın bəzi ərazilərində 3G sürətin hətta 21 Mbit/saniyəyə çatacaq.

3G xidmətini aktivləşdirmək pulsuzdur. Bunun üçün 2525 qısa nömrəsinə 3G mətni yazıb göndərmək kifayətdir. 3G xidməti vasitəsilə videozənglər etmək, cib telefonu vasitəsilə TV-yə baxmaq, hadisə yerindən canlı yayım aparmaq, böyük həcmli videofaylları telefon vasitəsilə göndərmək mümkün olacaq. Eləcə də uzaqdan səhiyyə xidmətləri göstərmək, nağd pul daşımadan hər cür alış-veriş aparmaq, kommunal xərclərin ödənilməsi və bir çox bank əməliyyatlarını telefondan həyata keçirmək imkanı yaranacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR