Bank Of Baku

Bakı-Qəbələ marşrutu ilə birbaşa aviareys açıla bilər

Bakı-Qəbələ marşrutu ilə birbaşa aviareys açıla bilər
# 18 noyabr 2011 13:01 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. «Azərbaycan Hava Yolları» QSC (AZAL) perspektivdə Bakı-Qəbələ marşrutu üzrə birbaşa sərnişin aviareysi açmaq niyyətindədir. Bu barədə «APA-Economics»ə AZAL-ın xidmət rəisi Məhərrəm Səfərli məlumat verib.

Onun sözlərinə görə, bu gün Azərbaycanın Qəbələ şəhərində istifadəyə verilən beynəlxalq aeroport dünyada istismarda olan bütün tip təyyarələri qəbul etmək imkanlarına malikdir: «Yeni aeroport, «Boeng-757», «Boeing-767», həmçinin ağır tonnajlı olan «Boeing-747» və «An» avialaynerlərini qəbul edə bilir. Ümid edirik ki, perspektivdə bu hava limanından bir sıra beynəlxalq aviareyslər açılacaq».

Bakı-Qəbələ aviareysinin açılmasına gəldikdə isə AZAL rəsmisi qeyd edib ki, hazırda sözügedən reysin açılması məsələsi gündəmdə deyil. Lakin gələcəkdə bu marşrut üzrə birbaşa aviareysin istifadəyə verilməsi istisna olunmur: «Perspektivdə Bakı-Qəbələ, həmçinin bu şəhərə turizm şirkətlərinin sifarişi ilə çarter aviareyslərinin təşkili planlaşdırılır».

Qeyd edək ki, Qəbələ Beynəlxalq Aeroportunun açılması ölkədə beynəlxalq hava limanlarının sayını 6-ya çatdırıb. Hazırda ölkədə Qəbələ hava limanından başqa Bakı, Naxçıvan, Gəncə, Lənkəran və Zaqatala beynəlxalq aeroportları fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR