Bank Of Baku

Sabah Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin yaranma günüdür

Sabah Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin yaranma günüdür
# 18 noyabr 2011 14:55 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Sabah Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) yaranma günüdür.

Komitənin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, SMPDK «Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi haqqında» ölkə başçısının 2008-ci il 19 noyabr tarixli sərəncamı ilə Dövlət Agentliyinin əsasında yaradılıb.

Bu müddətdə aparılan işlərin əsas istiqamətləri standartlaşdırma, metrologiya, akkreditasiya, uyğunluğun qiymətləndirilməsi və sənaye mülkiyyətinin mühafizəsi sahələrinin beynəlxalq tələblərə uyğunlaşdırılması, maddi-texniki bazanın genişləndirilməsi, institusional quruculuq məsələlərinə yönəlib. Komitə yarandığı gündən Azərbaycanda keyfiyyət infrastrukturunun müasir beynəlxalq standartlar əsasında qurulması, möhkəmləndirilməsi və inkişafı istiqamətində xeyli iş aparıb.

Komitənin başlıca məqsədi Azərbaycanda keyfiyyət infrastrukturunun Avropa İttifaqının qəbul etdiyi normativlər əsasında təşkili və bu sahəni inkişaf etdirməkdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR