Bank Of Baku

Bakı Buxtası üzərindən körpü layihəsi ilə bağlı yekun görüş keçirilib - FOTO

Bakı Buxtası üzərindən körpü layihəsi ilə bağlı yekun görüş keçirilib - <font color=red>FOTO</font>
# 18 noyabr 2011 15:08 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Koreyanın Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) “Bakı buxtasındakı körpünün tikintisinin Texniki İqtisadi Əsaslandırması”nı hazırlayıb. KOICA-dan «APA-Economics»ə verilən məlumata görə, Nəqliyyat Nazirliyində bu layihə ilə bağlı yekun görüş keçirilib.

Koreya hökuməti adından KOICA iyul 2010-cu ildən layihənin həyata keçirilməsi üçün layihə-smeta işlərinə 1,6 mln. dollar ayırıb. Layihəni həyata keçirən şirkətlər (“Seul Engineering”, “Chungsuk Engineering” və “Dodam E & C”) geotexnik araşdırmalar nəticəsində körpünün dizayn standartları, texniki aspektləri, marşrut planı və körpü üzərində səyahət tələbini nəzərə almaqla əsas konsepsiyasını hazırlayıb.

Koreya ekspertləri belə sosial-iqtisadi infrastruktur layihələrinin reallaşması prinsiplərini (Tikinti-İdarəetmə-Təhvil vermə) də təqdim ediblər. Bundan başqa, ekspertlər bütün dünyada olduğu kimi, maliyyə baxımdan BOT tipli layihənin həyata keçirilməsi üçün PPP (Public Private Partnership) vacibliyini vurğulayıblar. Ekspertlər bununla bağlı Koreya hökumətinin həyata keçirdiyi bəzi layihələri misal gətiriblər ki, burda hökumətin və özəl şirkətlərin investisiya payları 30-55% arasında dəyişir.

Xatırladaq ki, KOICA Koreya hökumətinin qrant yardımı ilə texniki əməkdaşlıq proqramları həyata keçirən dövlət orqanıdır. KOICA-nın 43 tərəfdaş ölkədə nümayəndəlikləri var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR