Bank Of Baku

Bakı-Tbilisi-Qars dəmiryolunun Türkiyə hissəsində qazılan tunellər Gürcüstan sərhədinə çatıb

Bakı-Tbilisi-Qars dəmiryolunun Türkiyə hissəsində qazılan tunellər Gürcüstan sərhədinə çatıb
# 18 noyabr 2011 21:27 (UTC +04:00)
Bakı-APA. Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolunun Türkiyə hissəsində qazılan tunellər Gürcüstan sərhədinə çatıb. Qazıntı işlərinin tamamlandığı yerdə Türkiyə və Gürcüstan bayraqları asılıb. Bu barədə APA Azərtac-a istinadən məlumat verir.
BTQ dəmiryolunun 76 kilometrlik Türkiyə hissəsini həyata keçirən şirkətin baş əlaqələndiricisi Özcan Satıroğlu bildirib ki, hazırda tunellərdə kəmər və beton işlərinə başlanılıb. İnşaat işləri 4,5 kilometr uzunluğunda olan son tuneldə davam etdirilir. Gələn həftə Gürcüstanda da tunelin qazılmasına başlanacaq.
Karakale-Karzaki məntəqələri arasındakı ilk tunel 4 min 936 metr uzunluğundadır, bunun 2 min 400 metri Ərdahan vilayətində, qalan hissəsi isə Gürcüstandadır. Uzunluğu 1050 metr olan ikinci və 2 min 900 metr olan üçüncü tunellərdə beton və kəmər işləri müəyyən olunmuş qrafik üzrə tamamlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR