Bank Of Baku

«Bakcell» şirkəti 3G xidmətinin tətbiqində müştərilərə sürprizlər vəd edir

«Bakcell» şirkəti 3G xidmətinin tətbiqində müştərilərə sürprizlər vəd edir
# 19 noyabr 2011 11:53 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanın ilk Mobil rabitə operatoru olan «Bakcell» şirkəti artıq 3G xidmətinin test rejimində yayımına başlayıb. Bu gün jurnalistlərlə verdiyi açıqlamada şirkətin baş direktoru Riçard Şirer öz telefonunda 3G xidmətini nümayiş etdirib: «Bu, Azərbaycanda mövcud olan ən sürətli şəbəkədir».

Baş direktorun sözlərinə görə, noyabrın əvvəlində şirkət 3G lisenziyası alan kimi «Bakcell» testləşdirmə işlərinə başlayıb və artıq 1 aydır bu rejim fəaliyyətdədir. R.Şirer vurğulayıb ki, hazırda «Bakcell» 3G xidmətinin göstərilməsi üçün təhlükəsizlik məsələlərinin həlli ilə bağlı müvafiq tezliklərin sahibi olan «B&B TV» şirkəti ilə danışıqlar aparır.

Baş direktor təsdiqləyib ki, «Bakcell»in 3G xidməti də «B&B TV»-nin hazırda istifadə etdiyi tezlikdə yayımlanacaq. Amma bu vəziyyət şirkətin 3G xidməti göstərməsinə mane olmayacaq: «B&B TV» öz xidmətlərini elə göstərir ki, hüquqi baxımından biz 3G-ni tam əldə edə bilirik».

3G xidmətinin qiymətinə gəlincə baş direktor bildirib ki, hazırda «Bakcell» şirkətinin əsas dəyərlərindən biri yaxşı xidməti optimal qiymətə təqdim etməkdir: «Əminik ki, 3G xidmətləri də bu prinsiplərə uyğun gələcək».

R.Şirer 3G-nin tətbiqində yeniliklərin olacağını da bildirib: «Müştərilər bu sistem işə düşdükdə bizim şirkətdən çox cəlbedici təkliflər və sürprizlər gözləyə bilərlər».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR