Bank Of Baku

Bakı meriyası yeraltı avtoqaraj, park, fəvvarələrin inşası, işıq dirəklərinin quraşdırılması üzrə tender keçirir

Bakı meriyası yeraltı avtoqaraj, park, fəvvarələrin inşası, işıq dirəklərinin quraşdırılması üzrə tender keçirir
# 19 noyabr 2011 15:16 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, tender 4 lot üzrə elan edilib. Lotlar üzrə «Heydər Əliyev Sarayının arxasında, Füzuli və Mirzəağa Əliyev küçələrinin arasındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil qarajının və yeni Park Kompleksinin tikintisi», «Neftçilər prospektində (Azadlıq meydanı - Hökumət evinin qarşısındakı ərazidə) ikimərtəbəli yeraltı avtomobil dayanacağının tikintisi», «Yeni müasir tipli fəvvarələrin inşası, park və bağların abadlaşdırılması» və «Klassik və müasir tipli işıq dirəklərinin alınması və quraşdırılması» nəzərdə tutulub.

Tenderdə iştirak etmək istəyənlər sənədlərini 2011-ci il dekabrın 21-dək təqdim etməlidir. İddiaçılar lotlar üzrə tender təkliflərini dekabrın 28-dək Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinə (N.Yusifbəyli küç., 73) təqdim etməlidir. Tender prosedurası isə həmin ünvanda dekabrın 29-da keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR