Bank Of Baku

Azərbaycan Ümumdünya Poçt İttifaqının Moskvada keçirilən seminarında iştirak edir

Azərbaycan Ümumdünya Poçt İttifaqının Moskvada keçirilən seminarında iştirak edir
# 21 noyabr 2011 08:53 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Azərpoçt» MMC-in əməkdaşları Ümumdünya Poçt İttifaqının (ÜPİ) «Xidmət keyfiyyətinin yaxşılaşdırılması» strateji regional layihəsinin inkişafı çərçivəsində bu gün Moskvada öz işinə başlayan beşinci seminarında iştirak edir.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, seminar Regional Rabitə Birliyinin (RRB) İcraiyyə Komitəsi ilə əməkdaşlıq çərçivəsində təşkil olunub. RRB-nin rabitə administrasiyalarının layihə üzrə milli əlaqələndiricilərinin iştirak etdiyi tədbir zamanı göstərilən poçt xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması məsələlərinin müzakirəsi nəzərdə tutulur.

Bundan başqa, noyabrın 24-də Moskvada RRB-nin Poçt Rabitəsi Operatorları Şurasının işçi qrupunun iclası da keçiriləcək. İclasda ÜPİ-nin 2012-ci ildə Dohada (Qətər) keçiriləcək 25-ci Konqresinə hazırlıq məsələləri müzakirə ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR