Azərbaycanda sərnişin qatarlarına biletlərin internet vasitəsilə satışına başlanılıb
Onlayn bilet satışı qatarın hərəkətinə 2 saat qalana qədər mümkündür. Onlayn formada bilet almaq istəyən müştərilər əvvəlcə QSC-nin saytında (www.railway.gov.az) yaradılan satış sistemində istifadəçi kimi qeydiyyatdan keçməlidir. Bunun üçün vətəndaş qeydiyyat vərəqəsini doldurmalı, burda tələb olunan məlumatları düzgün yazmalıdır. Bura istifadəçi adı, parol, elektron ünvan, öz adı, soyadı, bileti aldığı sənədin adı (məsələn, şəxsiyyət vəsiqəsi və ya xarici pasport), bu sənədin məlumatları (seriyası və nömrəsi), vətəndaşın ünvanı, ev və ya mobil telefonu daxildir. Bundan sonra vətəndaş bu sistemdə istifadəçi kimi qeydiyyatdan keçmiş olur.
Biletin alınması üçün istifadəçi adı və parolundan istifadə edib sistemə daxil olmaq lazımdır. Vətəndaş burada əvvəlcə gediş tarixi, dəmiryolu ilə yola düşəcəyi başlanğıc və təyinat stansiyasının adını seçir. Düyməni vuranda bu istiqamətə gedən qatarların siyahısı görünür. İstifadəçi əvvəlcə getmək istədiyi qatarı, sonra isə vaqonun növünü seçir (kupe, plaskart və ya SV). Bundan sonra isə getmək istədiyi vaqonun nömrəsini, eləcə də burdakı yeri, kupenin nömrəsini, yuxarı və ya aşağı yeri seçə bilir. Əgər həmin yer boşdursa, müştəri qatarda mövcud olan yerlərdən istədiyini sifariş edib bilet ala bilər.
Müştəri seçimini edib təsdiqləyəndən sonra onun sifarişi ilə bağlı bütün məlumatlar (son vəziyyət) görünür və müştəri bu məlumatları bir daha yoxlamaq imkanı əldə edir. Müştəri məlumatları yoxlayıb düzgünlüyünə əmin olandan sonra plastik kart vasitəsilə ödənişi edir və biletin elektron variantı görünür. Eyni zamanda biletin elektron nüsxəsi müştərinin elektron ünvanına da göndərilir. Bu üsulla əks istiqamətdə də bilet almaq mümkündür.
Bileti bu üsulla almış müştəri elektron biletin çap variantını götürərək qatara bir saat qalmış stansiyaya gəlməli, sənədlərini təqdim edərək biletini təsdiqləməlidir. «Azərbaycan Dəmir Yolları» QSC-dən verilən məlumata görə, gələcəkdə stansiyaya elektron nüsxəni və ya onun çap variantını gətirməyə ehtiyac qalmayacaq - vətəndaş sadəcə pasport və ya şəxsiyyət vəsiqəsini təqdim etməklə qatara əyləşə biləcək (indi hava limanında olduğu kimi). Bu sistemlə biletləri hər gün saat 7:00-dan 23:00-dək almaq mümkündür. Günün digər vaxtlarında sistem profilaktikaya dayanacaq.
Qaydalara görə, bir nəfər istifadəçi öz kodundan istifadə etməklə 4 nəfər üçün bilet ala bilər. Bir şərtlə ki, hamısına aid məlumatları yerləşdirsin. Elektron bilet uşaq üçün alınırsa, sərnişin burda uşağın yaşını göstərməlidir. 5 yaşına qədər uşaqlar üçün bilet pulsuzdur, 5-10 yaş üçün yarım bilet, 10-dan yuxarı tam bilet alınmalıdır.
Elektron biletləri də adi biletlər kimi, 10 gün öncədən almaq mümkündür. Yeri gəlmişkən, elektron bilet satışının tətbiqi ilə yanaşı, biletlərin adi qayda ilə satışı da davam edəcək. Bununla əlaqədar olaraq satış şəbəkəsi sistemi kassalarda da qurulub. Adi qaydada satılan biletlər barədə məlumatlar da dərhal sistemə daxil ediləcək ki, hansı yerlərin tutulduğu məlum olsun.
İnfrastruktur
Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sutəmizləyici qurğu tikilir - FOTO - VİDEO
“Neftçi” və “Qarabağ”ın avrokubok oyunu ilə əlaqədar metronun iş rejimi dəyişdiriləcək
AZAL Milli Mətbuat Günü münasibətilə media nümayəndələri üçün intellektual yarış təşkil edib - FOTO
Su obyektlərinin dövlət monitorinqini aparacaq qurumlar müəyənləşib
Xəbər Lenti
Tramp: Husilər yenidən gəmilərə hücum etsə, buna görə İran məsuliyyət daşıyacaq
Tramp: Səudiyyə Ərəbistanı ilə nüvə sazişi "İbrahim Razılaşmaları"na qoşulacağı təqdirdə təsdiqlənəcək
Azərbaycanlı jurnalistlər Qırğızıstanda köçəri mədəniyyəti və Dünya Köçəri Oyunlarına hazırlıqla tanış olublar
Mətbuat Şurasında Rauf Arifoğlunun 60 illik yubileyi ilə bağlı toplantı keçirilib
Mərdəkanda dənizdə batan 22 yaşlı oğlanın axtarışları davam etdirilir - VİDEO
Əraqçi: ABŞ İran xalqına hörmət etməyincə irəliləyiş mümkün olmayacaq
Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sutəmizləyici qurğu tikilir - FOTO - VİDEO
Su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması mövzusunda təlim keçirilib
Beyləqanda iki ağır cinayətlə bağlı istintaq tamamlanıb, məhkəmə başlayır
Çexiyada hərbi helikopter qəzaya uğrayıb, ölən var
Cəlilabadda qədim dövrə aid maddi-mədəniyyət nümunələri aşkarlanıb - FOTO
“Azərsun Holdinq” və Aqrar Xidmətlər Agentliyi sosial layihə reallaşdırıb
Kobaxidze: Gürcüstan Azərbaycanla münasibətləri daha da dərinləşdirmək istəyir
Bakıda 200 min manatlıq soyğunçuluq edən şəxslər saxlanılıblar - VİDEO
Xalq artisti Tofiq Mirzəyev İsraildə dəfn olunub - YENİLƏNİB-1
Moskva vilayətində Su-57 qırıcısı qəzaya uğrayıb
Saatlıda 9 kq narkotik aşkarlanıb
Aİ "Google"u 890 milyon avro cərimələyib
Cəlilabadda 21 yaşlı oğlan hovuzda boğulub
İran sərhədçiləri ilə terror qruplaşması arasında silahlı qarşıdurma olub, 2 nəfər ölüb
İraqın Baş naziri Tehrana səfər edib
Böyük Britaniyanın Azərbaycanda qızıl hasilatı ilə məşğul olan şirkətinin rəhbərliyinə təyinat olub
İmişlidə qəsdən yanğın törədən şəxs barəsində tədbir görülüb
Lənkəran penitensiar müəssisəsinə narkotik keçirilməsinin qarşısı alınıb - FOTO
ARDNF-in investisiya portfeli 9% artıb
NK azad edilmiş ərazilərdəki yaşayış sahələrinin ora köçürülmüş məcburi köçkünlərin mülkiyyətinə verilməsi qaydasını dörd aya təsdiqləyəcək
Azad edilmiş ərazilərdəki yaşayış sahələri ora köçürülmüş məcburi köçkünlərin mülkiyyətinə veriləcək
Mopedlərə texniki baxış və sürücülük vəsiqəsi ilə əlaqədar dövlət rüsumları müəyyənləşib
Psixiatriya müayinəsinə dair yeni tənzimləmə müəyyənləşib
Rubio: ABŞ üçün əsas məqsəd İranın nüvə silahı əldə etməsinin qarşısını almaqdır
ABŞ dövlət katibi: Husilər İranın təsiri altında Səudiyyə Ərəbistanını hədəfə alırlar
İlhamə Novruzova Naxçıvan TV-nın sədr müavini vəzifəsindən azad edilib
Dövlət Neft Fondunun AÇG üzrə gəlirləri 4,4 mlrd. manata yaxın olub
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
ARDNF qızıl satışını dayandırıb
Məcburi köçkünlərlə bağlı sosial dəstək mexanizmləri mərhələli şəkildə yeni modelə keçirilir
ARDNF-nin Şahdəniz yatağından bu il əldə etdiyi gəlirlərin həcmi açıqlanıb
Məcburi köçkün statusu qanunvericilik çərçivəsində yenidən tənzimlənib
ABŞ dövlət katibi Səudiyyə Ərəbistanı ilə əldə olunmuş nüvə sazişinin əhəmiyyətindən danışıb
ARDNF-nin aktivlərinin həcmi açıqlanıb
Xaçmazda dənizdə batan yeniyetmənin meyiti tapılıb
Altı ayda əlilliyi olan 70 min şəxsə reabilitasiya xidmətləri göstərilib
Rubio: İran razılaşma istəyir, ancaq bu razılaşmanın qiyməti anlaşma əldə olunana qədər hər gecə artacaq
Sabahın hava proqnozu
FHN əlilliyi olan şəxslər və onlara qulluq edənlər üçün tədbir keçirib
Aİ Rusiyaya qarşı 21-ci sanksiyalar paketi üzrə razılığa gəlib
Qubada və Bakıda Türkiyə–Azərbaycan Peşə Təhsil Müəssisəsi yaradılacaq
Pakistanda son sutkada güclü yağış və sel nəticəsində 15 nəfər ölüb, 40 nəfər yaralanıb
Media nümayəndələri üçün süni intellekt mövzusunda təlim təşkil edilib