Bank Of Baku

İraqda Türkiyə təyyarələrinin enişinə qadağa qoyulub

İraqda Türkiyə təyyarələrinin enişinə qadağa qoyulub
# 21 noyabr 2011 09:40 (UTC +04:00)
Bakı - APA-Economics. İraq hökuməti Türkiyəyə məxsus təyyarələrin bu ölkənin hava limanlarında enişinə qadağa qoyub.

APA-Economics”in Türkiyə mətbuatına istinadən xəbərinə görə, hökumətin qərarı ilə Türkiyənin “Türk Hava Yolları”, “Atlasjet”, “Pegasus” və “MNG Kargo” aviaşirkətlərinə məxsus təyyarələrin İraq ərazisində enişi qadağan edilib.

Qeyd edək ki, İraq hökumətinin bu qərarı qəbul etməsi səbəbsiz deyil. Belə ki, Türkiyə məhkəmələri İraq Dövlət Neft Satışı Şirkətinin bir neçə türk neft şirkətinə 25 mln. dollarlıq borcunun qarşılığında “İraq Hava Yollar”na aid təyyarələrin üzərinə həbs qoyub. Problem həll olunmasa, Türkiyə aviaşirkətlərinin həftədə 3 mln. dollar zərərə uğrayacağı bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR