Bank Of Baku

Azərbaycan Beynəlxalq Dəniz Təşkilatı Assambleyasının sessiyasında iştirak edəcək

Azərbaycan Beynəlxalq Dəniz Təşkilatı Assambleyasının sessiyasında iştirak edəcək
# 21 noyabr 2011 10:35 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Dövlət Dəniz Administrasiyasının (ARDDA) rəisi Qüdrət Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti noyabrın 21-30-da Londonda Beynəlxalq Dəniz Təşkilatı Assambleyasının (IMO) 27-ci sessiyasında iştirak edəcək. Bu barədə APA-ya ARDDA-nın mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə IMO-nun Dəniz Təhlükəsizliyi, Qanunvericilik, Dəniz Ətraf Mühitinin Mühafizəsi, Asanlaşdırma və Texniki Əməkdaşlıq komitələrinin və «Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair Beynəlxalq Konvensiya»ya əlavə və dəyişiklərin edilməsi ilə əlaqədar keçirilmiş 2010-cu il tarixli diplomatik konfransın hesabatları dinləniləcək. Azərbaycanın da üzvü olduğu 1972-ci il tarixli «Dənizin tullantılar və başqa materiallar ilə çirkləndirilməsinin qarşısının alınması haqqında Konvensiya»ya edilməsi nəzərdə tutulan əlavə və dəyişikliklər, habelə dəniz nəqliyyatı sahəsinə dair digər mühüm normativ sənədlər və IMO Üzv Dövlətlərin Könüllü Audit Yoxlamasından keçməsi ilə əlaqədar müzakirələr aparılacaq.

Sessiyada həmçinin «Beynəlxalq Dəniz Təşkilatı haqqında Konvensiya»nın 16-cı və 17-ci maddələrinə uyğun olaraq Şura Üzvlərinin seçilməsi üçün səsvermənin keçirilməsi nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR