«Ekonomist» jurnalı Azərbaycan smartfon bazarının monitorinqini keçirib - ARAŞDIRMA
Mobil səviyyədə partlayış
Mərhum Stiv Cobsun ilk «iPhone»u nümayiş etdirməsindən keçən 4 il ərzində dünyanın mobil telefon bazarında əsl inqilab baş verib. Ənənəvi mobil telefonlar və nisbətən «ağıllı» smartfonlar bazarına başgicəlləndirici imkanları olan yeni nəsil telefonlar daxil olub. Bu telefonların meydana gəlməsi, eləcə də noutbuk-netbuk-tab-planşet evolyusiyası nəticəsində portativ kompüterlərin təkmilləşməsi mobil telefonlarla kompüterlər arasında fərqi faktiki olaraq aradan qaldırıb.
Yeni nəsil telefonların kökündə tamamilə yeni əməliyyat sistemləri dayanır. Hazırda yeni nəsil smartfonlar bir neçə əməliyyat sistemləri üzərində qurulub. «iPhone»lar «iOS», «Samsung», HTC, «Sony-Ericsson» telefonları «Android», «Nokia» isə «Symbian» və «Windows», nəhayət, «Blackberry» qurğuları «Blackberry OS» əməliyyat sistemləri əsasında işləyir. Bu əməliyyat sistemləri adi telefonlarda mümkün olmayan işləri artıq smartfonlarda mümkün edir. Bura həm internetdən rahat istifadə, elektron poçtu yoxlamaq və məktub yazıb göndərmək, yazı və cədvəllər, bütün növ elektron sənədlərlə işləmək və mürəkkəb oyunları oynatmaq kimi əməliyyatlar daxildir. Bu səbəbdən təəccüblü deyil ki, gün keçdikcə daha çox insan smartfonlara üstünlük verir.
Mobil bazar
Yeni nəsil telefonların yaranması və ümumiyyətlə, bu sahədə yeni texnologiyaların tətbiqi artıq hər şeyin həll olunduğu kimi görünən mobil telefonlar bazarında ciddi dəyişikliklərə səbəb olub. İndi mobil telefon bazarı iki seqmentə - ənənəvi telefon və yeni nəsil smartfonlara bölünür.
«Mobitel» şirkətinin apardığı araşdırmalara əsasən, hazırda ənənəvi telefon seqmenti bazarın 75%, smartfonlar isə 25%-ni təşkil edir. Bazarın şəksiz lideri 61%-lik paya malik olan «Nokia» şirkətidir, «Samsung» 20%-lə ikincidir. «Samsung» telefonlarının əsas üstünlüklərindən biri qoşa nömrələrin işləməsinə imkan verən «duos» modelləridir - belə telefonlar «Samsung»un satışının böyük hissəsini təşkil edir.
Ənənəvi telefon və smartfon bazarının qalan hissəsini digər brendlər - LG, «Sony-Ericsson», «Blackberry» və Çindən gətirilən çoxsaylı saxta modellər tutur. Təqribi qiymətləndirmələrə görə, saxta telefonlar bazarın 10-15%-ni təşkil edir.
Smartfonlar telefon bazarının ən sürətli inkişaf edən seqmentidir: ötən ilə nisbətən satış 30% artıb. «Mobitel» şirkətinin araşdırmalarına görə, smartfon bazarının 56%-ni «Nokia», 22%-ni «Samsung», 20%-ni isə «iPhone» və «Blackberry» modelləri təşkil edir.
«Apple» şirkətinin Azərbaycandakı təmsilçisi olan «Almastore»nin araşdırmalarına görə isə, Azərbaycanda smartfon bazarı ümumi mbil telefon bazarının 10%-ni təşkil edir. Bazarın bu seqmentində ən yüksək pay «Blackberry» smartfonlarına (35-40%) məxsusdur. «Apple» şirkətinin məhsullarının payı 30-35%-dir, bazarın qalan hissəsini «Samsung» və başqaları tutur.
Smarfonların mobil operatorlar üzrə təqribi bölgüsü də məlumdur. Bahalı smartfon sahiblərinin 70%-ə qədəri «Azercell», 30%-i «Baksell» istifadəçiləridir. «Azerfon»da belə istifadəçilərin sayı azdır.
Çox bahalı oyuncaqlar
Bütün dünyada olduğu kimi, Azərbaycanda da smartfonların satışı sürətlə artır. İndi mağazalarda «Nokia», «iPhone», «Samsung», HTC və digər firmaların təqribən 50-ə yaxın modelini almaq mümkündür. Bunların qiyməti 300 manatdan başlayaraq 1000 manat və daha yüksəkdir. Nə qədər qəribə olsa da, qiymətlərin yüksək olması bu modellərin satışına mane olmur, hərçənd ekspertlərin fikrincə, nisbi ucuzluq onların satışını daha da artıra bilər. Bakıda smartfonların qiyməti əhalisinin alıcılıq qabiliyyəti Azərbaycandan xeyli yüksək olan ABŞ və Avropadakı qiymətlərlə müqayisədə aşağıdır. Səbəbi odur ki, xarici ölkələrdə onların satışı üçün müxtəlif sxemlər tətbiq edilir. Amma hələlik Azərbaycanda bu yoxdur. «Almastore»dən bildiriblər ki, Azərbaycanda «iPhone»un satışı daha aktiv ola bilərdi, amma yerli operatorlardan heç biri ilə kontraktın olmaması buna mane olur. Məsələ bundadır ki, bütün dünyada bu telefonlar mobil operatorlarla əməkdaşlıq şəraitində kampaniya ilə satılır. Yəni müştəri 100-200 dollar ödəyərək telefon alır, sonra isə 1-2 il müddətində hər ay müəyyən edilmiş məbləğ (təqribən 60 dollar) ödəyir. Bu məbləğə həm danışıq haqqı, həm də telefonun pulunun ödənişi daxildir. Bizdə isə mobil rabitə operatorları belə müqavilələri bağlamağa həvəs göstərmir, səbəbi isə əhalinin ödəniş qabiliyyətinə şübhə etmələridir. Halbuki ekspertlərin fikrincə, qiyməti aşağı düşsə, bu telefonlar müxtəlif təbəqələr, hətta evdar qadınlar üçün də maraqlı ola bilər. Təəccüblənməyin - bura oyunlar və qadınlar üçün proqramlar da yazıla bilir.
Qeyd: Məqalənin tam mətni ilə «Ekonomist» jurnalının noyabr sayında tanış olmaq mümkündür. Jurnalı «Qaya», «Qasid», «Azərmətbuatyayım» şəbəkəsində, həmçinin Bakı Metropoliteninin stansiyalarında və redaksiya vasitəsilə almaq və abunə olmaq mümkündür.
İnfrastruktur
Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sutəmizləyici qurğu tikilir - FOTO - VİDEO
“Neftçi” və “Qarabağ”ın avrokubok oyunu ilə əlaqədar metronun iş rejimi dəyişdiriləcək
AZAL Milli Mətbuat Günü münasibətilə media nümayəndələri üçün intellektual yarış təşkil edib - FOTO
Su obyektlərinin dövlət monitorinqini aparacaq qurumlar müəyənləşib
Xəbər Lenti
Tramp: Husilər yenidən gəmilərə hücum etsə, buna görə İran məsuliyyət daşıyacaq
Tramp: Səudiyyə Ərəbistanı ilə nüvə sazişi "İbrahim Razılaşmaları"na qoşulacağı təqdirdə təsdiqlənəcək
Azərbaycanlı jurnalistlər Qırğızıstanda köçəri mədəniyyəti və Dünya Köçəri Oyunlarına hazırlıqla tanış olublar
Mətbuat Şurasında Rauf Arifoğlunun 60 illik yubileyi ilə bağlı toplantı keçirilib
Mərdəkanda dənizdə batan 22 yaşlı oğlanın axtarışları davam etdirilir - VİDEO
Əraqçi: ABŞ İran xalqına hörmət etməyincə irəliləyiş mümkün olmayacaq
Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sutəmizləyici qurğu tikilir - FOTO - VİDEO
Su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması mövzusunda təlim keçirilib
Beyləqanda iki ağır cinayətlə bağlı istintaq tamamlanıb, məhkəmə başlayır
Çexiyada hərbi helikopter qəzaya uğrayıb, ölən var
Cəlilabadda qədim dövrə aid maddi-mədəniyyət nümunələri aşkarlanıb - FOTO
“Azərsun Holdinq” və Aqrar Xidmətlər Agentliyi sosial layihə reallaşdırıb
Kobaxidze: Gürcüstan Azərbaycanla münasibətləri daha da dərinləşdirmək istəyir
Bakıda 200 min manatlıq soyğunçuluq edən şəxslər saxlanılıblar - VİDEO
Xalq artisti Tofiq Mirzəyev İsraildə dəfn olunub - YENİLƏNİB-1
Moskva vilayətində Su-57 qırıcısı qəzaya uğrayıb
Saatlıda 9 kq narkotik aşkarlanıb
Aİ "Google"u 890 milyon avro cərimələyib
Cəlilabadda 21 yaşlı oğlan hovuzda boğulub
İran sərhədçiləri ilə terror qruplaşması arasında silahlı qarşıdurma olub, 2 nəfər ölüb
İraqın Baş naziri Tehrana səfər edib
Böyük Britaniyanın Azərbaycanda qızıl hasilatı ilə məşğul olan şirkətinin rəhbərliyinə təyinat olub
İmişlidə qəsdən yanğın törədən şəxs barəsində tədbir görülüb
Lənkəran penitensiar müəssisəsinə narkotik keçirilməsinin qarşısı alınıb - FOTO
ARDNF-in investisiya portfeli 9% artıb
NK azad edilmiş ərazilərdəki yaşayış sahələrinin ora köçürülmüş məcburi köçkünlərin mülkiyyətinə verilməsi qaydasını dörd aya təsdiqləyəcək
Azad edilmiş ərazilərdəki yaşayış sahələri ora köçürülmüş məcburi köçkünlərin mülkiyyətinə veriləcək
Mopedlərə texniki baxış və sürücülük vəsiqəsi ilə əlaqədar dövlət rüsumları müəyyənləşib
Psixiatriya müayinəsinə dair yeni tənzimləmə müəyyənləşib
Rubio: ABŞ üçün əsas məqsəd İranın nüvə silahı əldə etməsinin qarşısını almaqdır
ABŞ dövlət katibi: Husilər İranın təsiri altında Səudiyyə Ərəbistanını hədəfə alırlar
İlhamə Novruzova Naxçıvan TV-nın sədr müavini vəzifəsindən azad edilib
Dövlət Neft Fondunun AÇG üzrə gəlirləri 4,4 mlrd. manata yaxın olub
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
ARDNF qızıl satışını dayandırıb
Məcburi köçkünlərlə bağlı sosial dəstək mexanizmləri mərhələli şəkildə yeni modelə keçirilir
ARDNF-nin Şahdəniz yatağından bu il əldə etdiyi gəlirlərin həcmi açıqlanıb
Məcburi köçkün statusu qanunvericilik çərçivəsində yenidən tənzimlənib
ABŞ dövlət katibi Səudiyyə Ərəbistanı ilə əldə olunmuş nüvə sazişinin əhəmiyyətindən danışıb
ARDNF-nin aktivlərinin həcmi açıqlanıb
Xaçmazda dənizdə batan yeniyetmənin meyiti tapılıb
Altı ayda əlilliyi olan 70 min şəxsə reabilitasiya xidmətləri göstərilib
Rubio: İran razılaşma istəyir, ancaq bu razılaşmanın qiyməti anlaşma əldə olunana qədər hər gecə artacaq
Sabahın hava proqnozu
FHN əlilliyi olan şəxslər və onlara qulluq edənlər üçün tədbir keçirib
Aİ Rusiyaya qarşı 21-ci sanksiyalar paketi üzrə razılığa gəlib
Qubada və Bakıda Türkiyə–Azərbaycan Peşə Təhsil Müəssisəsi yaradılacaq
Pakistanda son sutkada güclü yağış və sel nəticəsində 15 nəfər ölüb, 40 nəfər yaralanıb
Media nümayəndələri üçün süni intellekt mövzusunda təlim təşkil edilib