Bank Of Baku

Hava şəraiti ilə əlaqədar London aeroportlarında bir çox aviareys təxirə salınıb

Hava şəraiti ilə əlaqədar London aeroportlarında bir çox aviareys təxirə salınıb
# 21 noyabr 2011 13:04 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən gündən Londonun «Hitrou» və «Siti» hava limanlarının işində əngəl yaradan duman bu gün 70-dən çox aviareysin təxirə salınmasına səbəb olub.

«APA-Economics»in BBC-yə istinadən verdiyi məlumata görə, səhər saatlarında «Hitrou» aeroportunda enməli 37, «Hitroud»an isə uçmalı 22 aviareys təxirə salınıb.

Heydər Əliyev Beynəlxalq Hava Limanından «APA-Economics»ə verilən məlumata görə, Londonda müşahidə olunan hava şəraiti bu gün saat 07:35-də «British Midland International» (BMI) aviaşirkətinin yerinə yetirdiyi Bakı-London («Hitrou») aviareysinə təsir göstərməyib. Belə ki, sözügedən marşrut üzrə uçan təyyarə müvəffəqiyyətlə «Hitrou» hava limanında enib.

Bundan başqa, «Siti» aeroportunda da 10-dan artıq aviareys təxirə salınıb. Lakin sintoptiklər artıq yaxın vaxtlarda hava şəraitinin yaxşılaşacağını proqnozlaşdırır.

Qeyd edək ki, Bakı-London aviareysi həftənin hər günü BMI şirkəti tərəfindən, həftənin II, IV və VI günləri isə «Azərbaycan Hava Yolları» QSC (AZAL) tərəfindən yerinə yetirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR