Bank Of Baku

Azərbaycanda dəmiryol kassaları ixtisar edilməyəcək

Azərbaycanda dəmiryol kassaları ixtisar edilməyəcək
# 21 noyabr 2011 13:34 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Bu gün «Azərbaycan Dəmir Yolları» QSC-də sərnişin qatarlarına biletlərin onlayn satış sisteminin təqdimatı keçirilib.

APA-Economics”in xəbərinə görə, təqdimat mərasimində iştirakçılardan biri sistem vasitəsilə Azərbaycanın rayonlarının birinə bilet alıb.

Yeni sistemin xüsusiyyətləri və üstünlükləri barədə məlumat verən QSC-nin sədri Arif Əsgərov onlayn satışın sərnişinlərin işini asanlaşdıracağını bildirib. Onun sözlərinə görə, artıq saat 12-dək yeni sistemin xidmətindən 70-ə yaxın adam istifadə edib. A.Əsgərov biletlərin onlayn satışı ilə bağlı kassaların və burda işləyənlərin ixtisar edilməyəcəyini də bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR