Bank Of Baku

Bu il Azərbaycanda inşaat işlərinin həcmi 25% artıb

Bu il Azərbaycanda inşaat işlərinin həcmi 25% artıb
# 21 noyabr 2011 14:12 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin həcmi əvvəlki ilin ilk 10 ayının səviyyəsini 24,7% üstələyib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, görülmüş ümumi tikinti işlərinin 75,5%-ni yeni tikinti, yenidənqurma və genişləndirmə, 16,9%-ni əsaslı təmir, 3%-ni cari təmir, 4,6%-ni isə sair tikinti işləri təşkil edib. Dövlət mülkiyyətli tikinti müəssisələri yerinə yetirilmiş ümumi inşaat işlərinin 25,8%-ni, qeyri-dövlət tikinti müəssisələri isə 74,2%-ni həyata keçirib.

Qeyd edək ki, 2011-ci ilin 9 ayı ərzində inşaat bölməsində çalışmış 75,6 min nəfərin orta aylıq nominal əmək haqqı 515 manat təşkil edib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,5% artıb. İri və orta tikinti müəssisələrində işləyənlərin orta aylıq nominal əmək haqqı 545,2 manat olub, mülki təyinatlı inşaat işlərində işləyən işçilərin əmək haqqı 6,5%, ixtisaslaşdırılmış tikinti işlərində işləyənlərin isə 9,2% artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR