Bank Of Baku

Bakıda CAREC-in Nazirlər Konfransı ərəfəsində hazırlıq iclası keçirilib - FOTO

Bakıda CAREC-in Nazirlər Konfransı ərəfəsində hazırlıq iclası keçirilib - <font color=red>FOTO</font>
# 22 noyabr 2011 07:09 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, tədbirdə CAREC-a üzv olan ölkələr, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Valyuta Fondu, BMT-nin İnkişaf Proqramının yüksək rütbəli nümayəndələri iştirak edirlər.

İclasda çıxış edən Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Aparat rəhbəri, CAREC-in Azərbaycanda əlaqələndiricisi Samir Vəliyev noyabrın 23-də keçiriləcək Nazirlər Konfransının region ölkələrinin səmərəli əməkdaşlığına dəstək olacağını bildirib. S.Vəliyev məlumat verib ki, 2011-ci ildə 4 komitənin iclası, bir yüksək vəzifəli şəxslərin görüşü keçirilməklə 2011-ci il ümumilikdə CAREC üçün çox uğurlu olub.

AİB-in Şərqi Asiya Departamentinin rəhbəri Klaus Qerxauzer bildirib ki, bugünkü iclasda noyabrın 23-də imzalanması nəzərdə tutulan 3 sənədin son müzakirəsi aparılacaq. Bunların arasında CAREC-2020 Strategiyası, əməkdaşlığın inkişafının icmalı və CAREC institutunun iş planı daxildir. Qeyd edək ki, Strategiyaya növbəti 10 il üçün nəzərdə tutulan layihələr daxildir.

Xatırladaq ki, CAREC AİB-in Mərkəzi Asiyada regional əməkdaşlığa dair dəstəklədiyi təşəbbüsdür və onun icrasına 1997-ci ildə başlanılıb. Hazırda bu proqram nəqliyyat, ticarət siyasəti və energetika sahələrini əhatə edir. CAREC Proqramı ilə Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, İslam İnkişaf Bankı və BMT-nin İnkişaf Proqramı sıx əməkdaşlıq edir. Hazırda Azərbaycan, Çin, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Tacikistan, Özbəkistan, Türkmənistan, Əfqanıstan və Pakistan CAREC-ın üzvüdür.

Qeyd edək ki, 2008-ci ilin noyabr ayında Bakıda CAREC üzrə VII Nazirlər Konfransı keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR