Bank Of Baku

Azərbaycanda internetlə ən çox parfümeriya, kompüter və telefon satılır

Azərbaycanda internetlə ən çox parfümeriya, kompüter və telefon satılır
# 22 noyabr 2011 08:20 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Hazırda Azərbaycanda 100-ə yaxın elektron mağaza fəaliyyət göstərir. Bunu «APA-Economics»ə «Golden Pay» şirkətinin icraçı direktoru Fərid İsmayılzadə bildirib.

Onun sözlərinə görə, hazırda ölkədə dövlət orqanlarının əksəriyyəti, o cümlədən kommunal və digər kütləvi xidmətlər göstərən təşkilatlar bütünlüklə onlayn ödəmə sisteminə qoşulub. Belə ki, indi elektrik enerjisi, qaz, sudan istifadəyə görə, həmçinin mobil və stasionar telefon xidmətləri haqlarını internet vasitəsilə ödəmək mümkündür.

F.İsmayılzadə bildirib ki, internet mağazaların əksəriyyəti məhsul satışı ilə bağlı olsa da, dövriyyəsinə görə əsas yeri xidmətlərin göstərilməsi tutur. İnternetlə ən çox satılıb-alınan malların sırasında isə parfümeriya məhsulları, kompüterlər, telefonlar və s. mallar üstünlük təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR