Bank Of Baku

Azərbaycanın ilkin bazarında satışa təklif edilən bahalı evlərin sayı artır

Azərbaycanın ilkin bazarında satışa təklif edilən bahalı evlərin sayı artır
# 22 noyabr 2011 08:23 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Oktyabr ayında Bakının ilkin mənzil (yeni tikililər) bazarında qiymətlər dəyişməyib.

«APA-Economics»in məlumatına görə, “Əmlak Bazarı İştirakçıları” İctimai Birliyinin apardığı monitorinq göstərib ki, satışa təklif edilən bahalı mənzillərin (kvadratı 1000 manatdan yuxarı) çoxalması təklif portfelində bahalı mənzillərin payının artmasına səbəb olsa da, bazarda daha çox ucuz mənzillərin (kvadratı 500-700 manat) satılması müşahidə edilib.

Araşdırmalar göstərib ki, ilin sonlarına doğru qiymətlər sabitləşməyə meylli olub: «Digər tərəfdən satıcıların hələ də qiymətlərin artacağını, alıcıların isə bunun əksinə olaraq, qiymətlərin azalacağını gözləməsi bazardakı aktivliyin yüksəlməsinə müəyyən problem yaradır».

Oktyabr ayında dövlət əhəmiyyətli sosial obyektlərin bünövrəsinin qoyulması müşahidə edilsə də (xüsusilə Nərimanov rayonunda), mənzil bazarına heç bir bina daxil olmayıb, əksinə, daha 2 yeni tikili satışdan çıxıb. Beləliklə, paytaxt üzrə satışa çıxarılan yeni tikililərinin sayı ötən aydakı 426-ya qarşı 424 olub. Tikinti şirkətlərinin sayında heç bir dəyişiklik baş verməyib və ötən aydakı kimi 152-dir.

Paytaxt üzrə oktyabr ayı ərzində satışa təklif olunmuş mənzillərin orta qiymətində heç bir dəyişiklik baş verməyib və 1 kv. metr üzrə 837 manat səviyyəsində qalıb. Ötən illə müqayisədə qiymət azalması 2,9%, 2011-ci ilin yanvar ayına nisbətdə isə 1,3% təşkil edib. 2008-ci ilin sentyabr ayı (böhran dövrünün başlanğıcı) ilə müqayisədə qiymət fərqi 29,9% azalma ilə qeydə alınıb.

Oktyabr ayı ərzində, ötən aylardakı kimi, yeni tikililərdə 3 otaqlı mənzillər daha çox üstünlük təşkil edib. 5 otaqlı mənzillər əsasən şəhərin 1-ci zonasında üstünlük təşkil edir, 1 otaqlı mənzillər isə daha çox 3-cü zonanın payına düşür. 1 otaqlı mənzillərin orta sahəsi 60,7 kv. m, 2 otaqlılarınkı 92,1 kv.m, 3 otaqlılarda 131,8 kv. m, 4 otaqlılarda 182,9, 5 otaqlılarda isə 238,3 kv. metr təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR