Bank Of Baku

Bakıda Azərbaycan-İsrail İKT forumu keçirilib - FOTOSESSİYA

Bakıda Azərbaycan-İsrail İKT forumu keçirilib -<font color=red> FOTOSESSİYA</font>
# 22 noyabr 2011 09:13 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, hər iki ölkənin rəsmiləri və İKT sahəsində fəaliyyət göstərən özəl şirkətlərin nümayəndələrinin iştirak etdiyi tədbirdə çıxış edən Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Azərbaycan və İsrail arasında sıx iqtisadi əlaqələrin, o cümlədən İKT sahəsində əməkdaşlığın mövcudluğundan danışıb və qeyd edib ki, Azərbaycanın İKT bazarında bir çox İsrail şirkətləri fəaliyyət göstərir.

Öz növbəsində tədbirdə çıxış edən İsrailin telekommunikasiya naziri Moşe Kahlon qeyd edib ki, Azərbaycanın İKT sahəsində gələcək planları ölkənin ümumi inkişafına təkan verəcək. İsrailin Azərbaycanla İKT sahəsində münasibətlərin və əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirən M.Kahlon onu da qeyd edib ki, iki ölkə arasında sözügedən sahədə təcrübə mübadiləsi istisna deyil: «Azərbaycan coğrafi baxımından maraqlı ərazidə yerləşir. Azərbaycanın dağlıq ərazilərində İKT-nin tətbiqi İsrail tərəfi üçün maraqlıdır».

Bundan başqa, tədbir zamanı Azərbaycanın rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov ölkənin İKT sahəsində həyata keçirilən layihələr, o cümlədən «Elektron hökumət», TASİM, «Azerspace», rəqəmsal TV-nin geniş tətbiqi və s. barədə ətraflı məlumat verib.

Forum çərçivəsində həmçinin Azərbaycan və İsrailin özəl şirkətlərinin nümayəndələri arasında ikitərəfli görüşlər keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR