Bank Of Baku

Azərbaycanın «AtaTexnologiya» və Sloveniyanın «Adacta» şirkətləri arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb - FOTO

Azərbaycanın «AtaTexnologiya» və Sloveniyanın «Adacta» şirkətləri arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb - <font color=red>FOTO</font>
# 23 noyabr 2011 11:42 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Bu gün Bakıda Azərbaycanın «AtaHolding» Şirkətlər Qrupunun daxil olan «AtaTexnologiya» MMC və Sloveniyanın «Adacta» şirkətləri arasında informasiya texnologiyaları sahəsində əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

«APA-Economics»in məlumatına görə, memorandumu «AtaTexnologiya»nın direktoru Mais Yusifov və «Adacta» şirkətinin baş meneceri Tomas Volk imzalayıblar.

İmzalanma mərasimindən sonra M.Yusifov bildirib ki, müqavilədə ilkin mərhələdə sığorta sahəsində biznes proseslərinin avtomatlaşdırılması üzrə xüsusi proqram təminatının birgə işlənilib hazırlanması və tətbiqi nəzərdə tutulur. Daha sonra isə yerli və regional bazarların tələblərinə əsasən birgə yeni məhsulların hazırlanması və tətbiqi planlaşdırılır: «Azərbaycanda İT sahəsinin inkişafına xüsusi önəm verilir və gələcəkdə bu sahədən əldə ediləcək gəlirlərin digər sahələrdən əldə edilən gəlirləri üstələyəcəyi proqnozlaşdırılır. Bu baxımdan hazırda İT sahəsinin, xüsusilə yerli İT şirkətlərinin inkişafına, bu sahədə xarici təcrübənin və yeni bazarların öyrənilməsinə ciddi ehtiyac var».

M.Yusifovun sözlərinə görə, proqram təminatı lokallaşdırıldıqdan sonra 2012-ci ilin ilk rübündə ölkədə fəaliyyət göstərən bütün sığorta şirkətlərinə təklif olunacaq: «Proqram təminatının qiyməti yerli bazarın qarşılaya biləcəyi səviyyədə olacaq. Qiymətlərdə sığorta şirkətləri üçün müəyyən güzəştlər də tətbiq edilə bilər. Həyat sığortası şirkətləri üçün «AdInsure life box», qeyri-həyat sığortası şirkətləri üçün isə «AdInsure» adlı proqram təminatları nəzərdə tutulub. Ola blsin ki, təkrarsığorta şirkətləri üçün ayrıca proqram təminatları da hazırlansın».

M.Yusifov proqram təminatının tətbiqi ilə bağlı artıq 5-6 sığorta şirkəti ilə danışıqlar aparıldığını da bildirib. Hazırda Azərbaycanda fəaliyyət göstərən 28 sığorta şirkətinin yalnız ikisini çıxmaq şərti ilə qalan şirkətlərdə avtomatlaşdırılmış sistem yoxdur.

Qeyd edək ki, «AtaTexnologiya» MMC 2005-ci ildən fəaliyyətə başlayıb. Şirkət bank, sığorta, lizinq, turizm, ticarət və digər sahələrdə fəaliyyət göstərən şirkətlərə xüsusi proqram təminatı məhsullarının və İT həllərin tətbiqini həyata keçirir.

«Adacta» şirkəti isə 1989-cu ildə Lyublyana şəhərində fəaliyyət başlayıb. Şirkət biznes konsaltinq, əmlak sığortası və digər sahələrdə tətbiqi edilə biləcək «Microsift Dynamics NAV», «Microsift Dynamics AX», «Microsift Dynamics CRM» kimi proqram təminatlarını və onların texniki dəstəyini təklif edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR