Bank Of Baku

“Azercell” və “TeliaSonera” şirkətləri Bakıda keçiriləcək “Eurovision” mahnı müsabiqəsi ilə bağlı yeni xidmətlərə hazırlaşır

“Azercell” və “TeliaSonera” şirkətləri Bakıda keçiriləcək “Eurovision” mahnı müsabiqəsi ilə bağlı yeni xidmətlərə hazırlaşır
# 23 noyabr 2011 12:57 (UTC +04:00)
APA-Economics”in xəbərinə görə, bu barədə “TeliaSonera” şirkətinin Avrasiya satış məntəqəsinin rəhbəri, “Azercell”in keçmiş prezidenti Halim Atəş bildirib.

Onun sözlərinə görə, “TeliaSonera”ya daxil olan şirkətlərin müştəriləri “Eurovision” müsabiqəsinin keçirilməsi ilə əlaqədar olaraq Azərbaycana səfər edərkən güzəştli qiymətlə danışa biləcəklər.

Digər maraqlı xidmət ondan ibarətdir ki, müsabiqə vaxtı Azərbaycana gələn turistlər qısa nömrəyə zəng etməklə ən yaxındakı restoran, aptek və s. məntəqələr, hətta taksi xidməti barədə məlumat ala biləcəklər.

“Azercell”in prezidenti Əli Ağan isə qeyd edib ki, yaxın vaxtlardan etibarən şirkət kontaktsız ödəmə xidmətləri göstərməyə başlayacaq. Bu xidmət vasitəsilə telefonu yaxınlaşdırmaqla ödəmələr etmək (məsələn, metroda və mağazalarda), eləcə də telefonu universal elektron açar kimi istifadə etmək mümkündür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR