Bank Of Baku

® Tamamilə yeni “Range Rover Evoque” artıq Bakıda!FOTOSESSİYA

<font color=red>® </font> <b>Tamamilə yeni “Range Rover Evoque” artıq Bakıda!</b> – <font color=red>FOTOSESSİYA</font>
# 24 noyabr 2011 07:39 (UTC +04:00)
Bakı - APA-Economics. Hello, Baku! Yeni təkrarolunmaz “Range Rover Evoque” paytaxt sakinlərini məhz belə salamlayır!

APA-Economics”in məlumatına görə, Bakı sakinləri Elmlər Akademiyasının park meydanında onun çılğın xətlərinə tamaşa edə bilər. Şəhərin gecə işıqları ilə əhatə olunan “Range Rover Evoque” bütün gözəlliyi ilə öz aqressiv dizaynına diqqət cəlb edir. Dünyanın ən parlaq meqapolislərindən ilhamlanan bu avtomobilin nəbzi Bakının nəbzi ilə eyni ritmdə vurur.

Yenilənmiş “Range Rover Evoque” avtomobilin belə qeyri-adi, füsunkar təqdimatını, brendin Azərbaycandakı rəsmi nümayəndəsi - “Crystal Motors” kompaniyası keçirdi.

Böyük şəhərin dəb qanunvericisi olan “Range Rover Evoque” komfort və surətin həvəskarları üçün əvəzolunmazdır. Yeni “Range Rover Evoque” özündə “Range Rover” brendinin müasir aqressiv dizayn, ən yeni texnologiyalar, yolsuzluq xüsusiyyətlərini birləşdirir. Bu model brendin tarixində ən yığcam, yüngül və qənaətli avtomobil sayılır və həqiqətən də heyranedici görünüşə malikdir.

Yeni “Range Rover Evoque” öz sələflərini ekoloji xüsusiyyətlərinə görə ötüb. Avtomobilin yığcam ölçüləri və ona tətbiq olunmuş müasir texnologiyaları yanacaq qənaəti və zərərli tullanmaların aşağı səviyyəsinə, həmçinin möhtəşəm mühərrik xarakteristikasına nail olmağa səbəb olub. Şübhəsiz ki, “Range Rover Evoque” əfsanəvi “Land Rover Terrain ResponseTM” sistemi ilə öz sinfində ən yaxşı səviyyədə istənilən hava şəraiti və örtüyə uyğunlaşdırılıb. Həmçinin “Range Rover Evoque” zəngin təchizatına ikili təsvir və dairəvi nəzər kameralarına malik 8-düymlü sensor displeyi daxildir.

İlin sonunadək “Range Rover Evoque” Bakı küçələrini fəth edəcək. “Crystal Motors” kompaniyası artıq 10 gün bu avtomobilləri istifadəyə verəcək. Cəlbedici rənglərin, işləmə və dəbdəbəli formaların geniş çeşidindən hər kəs özünün parlaq fərdliliyini vurğulayacaq seçimi edə bilər.

Azərbaycan bazarında “Land Rover” avtomobillərindən savayı lyuks səviyyəli “Jaguar” ingilis avtobrendini təqdim edən “Crystal Motors” aqressiv marketinq siyasətini dəstəkləyir. Avtomobillərin mütəmadi yenilənməsindən savayı, şirkət həmçinin “Jaguar” və “Land Rover” avtomobillərinə xidmət göstərən “Crystal Motors” servis mərkəzini açıb, bura ən yeni avadanlıqla təchiz olunmuşdur və yeni xidmət spektrini təqdim edir. Rəsmi nümayəndəlik statusu “Crystal Motors” servis mərkəzinə orijinal ehtiyat hissələrini, ən yeni, hətta unikal diaqnostik avadanlıqlarını, alətləri və lazımı məlumatları birbaşa istehsalçıdan almağa şərait yaradır ki, bu da avtomobil sahiblərinə münasib qiymətə yüksək keyfiyyətli xidməti təmin edir.

“Crystal Motors” satış mərkəzi avtomobil sahiblərini Moskva pr. 75a ünvanında gözləyir.

Telefon: 430 85 55
www.landrover.az
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR