Bank Of Baku

Rumıniyanın «UTI» İT şirkəti Azərbaycanda nümayəndəlik açır

Rumıniyanın «UTI» İT şirkəti Azərbaycanda nümayəndəlik açır
# 24 noyabr 2011 08:38 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Rumıniyanın iri İKT təşkilatlarından olan «UTI» şirkəti Azərbaycanda nümayəndəliyini artıq təsis edib və yaxın vaxtlarda onun rəsmi açılış mərasimi keçiriləcək. «APA-Economics»in məlumatına görə, noyabrın 23-26-da Bakıda keçirilən «BakuTel-2011» beynəlxalq sərgisində iştirak edən «UTI» şirkətinin prezidenti Tiberiu Urdareanu Azərbaycan prezidenti İlham Əliyevlə örüşdə şirkət haqqında məlumat verib və bildirib ki, təşkilat gələcəkdə Azərbaycanın İKT sahəsinin inkişafına öz töhfəsini verəcək.

Qeyd edək ki, «UTI» şirkəti 1991-ci ildə yaradılıb və 2000-ci ildən artıq holdinq kimi fəaliyyət göstərir. Bu şirkət əsasən Yəmən, Polşa, Ukrayna, Serbiya, Moldova, İtaliya və Avropanın digər ölkələrində fəaliyyət göstərir. «UTI» şirkətinin ötən il dövriyyəsi 200 mln. dollardan artıq olub. Ümumilikdə isə büdcəsi 450 mln. ABŞ dollarından artıqdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR