Bank Of Baku

Azərbaycanla Rumıniya arasında İKT sahəsində əməkdaşlıq müzakirə olunub

Azərbaycanla Rumıniya arasında İKT sahəsində əməkdaşlıq müzakirə olunub
# 24 noyabr 2011 14:42 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Azərbaycanın İKT sahəsində fəaliyyət göstərən şirkətlərinin Rumıniyada fəaliyyəti üçün lazım olan bütün şərait yaradılacaq.

«APA-Economics»in məlumatına görə, bu barədə Rabitə və İnformasiya texnologiyaları naziri Əli Abbasovun Rumıniyanın rabitə və informasiya cəmiyyəti naziri Valerian Vremenin başçılıq elədiyi nümayəndə heyəti ilə görüşdə məlumat verilib.

İKT sahəsində fəaliyyət göstərən Azərbaycan və Rumıniya şirkətlərinin nümayəndələrinin də qatıldığı görüşdə şirkətlərin digər ölkələrdə fəaliyyət perspektivləri müzakirə edilib. Rumıniyanı bu görüşdə İKT texnologiyalar, proqram və şəbəkə təminatı, informasiya təhlükəsizliyi sahəsində çalışan şirkətlər təmsil edib.

Azərbaycan tərəfindən isə mobil rabitə, kompüter və kompüter avadanlıqları, proqram təminatı, eləcə də kabel televiziyası sahəsində ixtisaslaşan «Ultel», «V&BTV», «Bakcell», «Sinam», «Azərcell» və başqa şirkətlər təmsil olunub. Görüşdə şirkətlər tərəfindən qısa təqdimatlar edilərək, onların göstərdiyi xidmətlər və məhsulları barədə məlumatlar verilib. Rumıniya tərəfi Azərbaycan bazarının sürətlə inkişaf etdiyini bildirərək bu sahədə yerli şirkətlərlə əməkdaşlığa hazır olduğunu bildirib. Nazir Valerian Vreme Azərbaycan şirkətlərini ölkəsinə dəvət edərək onlar üçün fəaliyyət göstərmək üçün lazımi şərait yaradılacağını vəd edib. Öz növbəsində nazir Əli Abbasov Rumıniya şirkətlərinə Azərbaycandakı fəaliyyət üçün bütün lazımi şərait yaradılacağını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR